YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Sülh yolunda tarixi addım

“Azərbaycanın son illər qazandığı nailiyyətlər miqyası baxımından möhtəşəmdir. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə xalqımız tarixinin ən şanlı səhifələrini yazır. Qazax rayonunun Ermənistanın işğalı altında dörd kəndinin dinc yolla, qan tökülmədən geri qaytarılması da növbəti zəfərimizdir”. Bu fikirləri Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva deyib.

Deputat bildirib ki, 44 günlük Vətən müharibəsindən başlayaraq bu il aprelin 19-na kimi qət edilən yolu hansısa bir dövrün uğurları ilə müqayisə etmək mümkün deyil. Azərbaycan tarixində heç vaxt indiki qədər güclü olmayıb. Bu reallığı şərtləndirən amillər mövcuddur. Azərbaycan dövləti son 20 ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə böyük tarixi uğurlara imza atıb. Ölkəmizin başçısı Azərbaycanı güclü dövlətə çevirib, ərazi bütövlüyünü və suverenliyini bərpa edib, torpaqlarımızı kənd-kənd, şəhər-şəhər geri qaytarıb. Bu proseslər Rusiya sülhməramlılarının Azərbaycandan çıxarılması, ölkəmizin ərazisində heç bir xarici qüvvənin olmaması ilə tamamlanır.

Millət vəkilinin sözlərinə görə, Prezident İlham Əliyev dəmir iradəsi sayəsində Azərbaycanın taleyi ilə bağlı qurulan bütün kənar mənfi ssenariləri alt-üst etdi. Bu gün hamı bu iradə ilə hesablaşır. Prezident İlham Əliyev Cənubi Qafqazda yeni geosiyasi reallıqlar yaradıb. Hazırda Azərbaycan Cənubi Qafqazın güclü və lider dövlətidir. Azərbaycan və Ermənistanın sərhədlərin delimatisiyası üzrə hazırkı razılıq isə sülhə doğru mühüm addımdır.  

Sevinc Fətəliyeva qeyd edib ki, əldə olunmuş razılıq delimitasiya istiqamətində atılan ilk addımdır. Növbəti mərhələlərdə görüləcək işlərlə bağlı isə yeni görüşlər planlaşdırılır. İlkin mərhələdə qeyri-anklav kəndlərin məsələsinin həllinin ön plana çıxarılması ölkəmizin bu məsələdəki açıq mövqeyinə bir daha işıq salmış oldu. Əvvəlki görüşlərdə qarşı tərəfin bəzi hallarda qeyri-adekvat mövqe sərgiləməsinə baxmayaraq, ölkəmiz qəti şəkildə birmənalı yanaşmasını ortaya qoymuş oldu. Azərbaycan öz torpaqlarını güzəştə getməyəcəyini və sona qədər bu məsələnin həllinə nail olacağını bütün təmaslar zamanı dilə gətirdi. Ölkəmizin məsələyə baxışı tam şəkildə beynəlxalq hüquqa əsaslanır - bu mənada, Ermənistanın razılığa gəlməkdən başqa hər hansı bir şansı yox idi.

“Bütövlükdə, Ermənistan ilə Azərbaycanın bu məsələdə razılığa gəlməsi bir reallığı növbəti dəfə təsdiqlədi. Bölgənin sabitliyinə təhdid yaratmağa çalışan qüvvələrin apardıqları yalan təbliğat bütün detalları ilə ifşa olundu. Azərbaycanın guya Ermənistana hücum etməyə hazırlaşması, Ermənistan ərazisində hərbi hədəflərin olmasına dair Fransa və digər Qərb dövlətlərinin təbliğatı növbəti dəfə iflasa uğradı. Azərbaycan artıq uzun müddət idi ki, həm bütün dünyaya, həm də qarşı tərəfə izah edirdi ki, tərəflər arasında sülh prosesində kənar vasitəçilərə ehtiyac yoxdur. Problemləri Azərbaycan və Ermənistan birbaşa dialoq yolu ilə həll edə bilər. Halbuki,  ABŞ, Aİ kimi vasitəçilik adı altında prosesə müdaxilə etmək istəyənlər məqsədlərinə nail olmadı. Bu ilin fevralında andiçmə mərasimindəki çıxışında Prezident İlham Əliyev vurğulamışdı ki, artıq proses iki dövlət arasında həll edilməlidir. Delimitasiya komissiyalarının görüşü, əldə olunan razılıq, gəlinən qənaət isə bir daha onu təsdiq edir ki, Ermənistan və Azərbaycan birgə qarşılıqlı anlaşma şəraitində ortaq məxrəcə gəlib məsələni həll etmək iqtidarındadırlar. Qərb dairələri isə korporativ maraqlar ilə prosesə müdaxilə etmək istəyənlər isə yalnız maneə və ziyan vura bilər. Bu fakt onu göstərir ki, bəzi Qərb dövlətləri nə qədər prosesdən kənar dayansalar, Cənubi Qafqazda sülh və əmin-amanlıq o qədər tez təmin olunacaq. Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə əldə etdiyi razılıq isə sülh yolunda tarixi addımdır. Tərəflər birbaşa dialoq vasitəsilə qısa zamanda sülh sazişi imzalaya bilər. Bu məqsədə çatmaq üçün Ermənistan üçüncü qüvvələrin diqtəsi ilə hərəkət etməməlidir”,-deyə deputat vurğulayıb.

DİGƏR Xəbərlər Arxiv