YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ağstafada ağacəkmə aksiyası keçirilib

Ağstafa rayonunda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) Ağstafa rayon təşkilatının, Ağstafa Rayon İcra Hakimiyyətinin və Keşikçidağ Dövlət Tarix Mədəniyyət Qoruğunun təşəbbüsü ilə ağacəkmə aksiyası təşkil olunub.

Aksiya çərçivəsində Keşikçidağ mağaralar kompleksinin ərazisində 75 nəfərin iştirakı ilə 200 ədəd müxtəlif növ ağac əkilib. Eyni zamanda, ağacların əkildiyi ərazilərdə təmizlik işləri aparılıb, ağaclara aqrotexniki qulluq göstərilib.

Aksiyanın keçirilməsində məqsəd “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində ekoloji vəziyyətin sağlamlaşdırılması, cəmiyyətdə ekoloji mədəniyyət və təbiətə qayğını təbliğ etmək ənənələrini davam etdirmək, ətraf mühitin qorunmasına töhfə verməkdən ibarətdir.

Daha sonra Keşikçidağ kurqanlar vadisindən arxeoloji qazıntılar zamanı aşkarlanmış maddi-mədəniyyət nümunələrindən ibarət sərgiyə baxılıb.

DİGƏR Xəbərlər Arxiv