YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Nizami rayonunda “Yaşıl dünya naminə həmrəylik” mövzusunda tədbir-sərgi keçirilib

Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatında Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibətilə və “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində tədbir-sərgi keçirilib.

Öncə “Yaşıl dünya naminə həmrəylik” mövzusunda elan edilmiş rəsm müsabiqəsi çərçivəsində Nizami rayon təhsil müəssisələrinin təmsilçilərinin əl işlərindən ibarət sərgiyə baxış keçirilib.

Sonra çıxış edən YAP Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov, “Tullantıdan sənətə” muzeyinin direktoru Əzim Alxaslı, Nizami Rayon İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Taleh Əliyev, Nizami Bələdiyyəsi sədrinin birinci müavini Heydər Rəhimov və başqaları qeyd ediblər ki, Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi təkcə ölkəmiz üçün deyil, bütün dünya üçün qlobal çağırışdır. Eyni zamanda, Azərbaycanın COP29-a ev sahibliyinin həm bərpaolunan enerjidən istifadənin genişləndirilməsi, həm də müvafiq istiqamətdə məlumatlılığın artırılmasına yeni fürsətlər yaratdığı vurğulanıb. Qeyd edilib ki, bu cür tədbirlərin keçirilməsində məqsəd insanları, xüsusilə də gəncləri ekoloji proseslərdə aktiv iştiraka təşviq etmək, bu sahədə maarifləndirmənin yollarını təbliğ etmək və genişləndirməkdir.

Çıxışlardan sonra rəsm müsabiqəsinin qalibləri mükafatlandırılıblar.

Ümumilikdə 25 müəssisədən 34 şagird və tələbənin iştirak etdiyi müsabiqədə I yerin qalibi 70 saylı orta məktəbin şagirdi Möminəxatun Dadaşova, II yerin qalibləri 129 saylı orta məktəbin şagirdi Amir Məmmədli, 32 saylı orta məktəbin şagirdi Gülan Rəcəbova, III yerin qalibləri isə 10 saylı orta məktəbin şagirdi Leyla Süleymanova, 8 saylı Uşaq-Gənclər İnkişaf Mərkəzi PHŞ-nin tələbəsi Eyvaz Rzayev və 242 saylı orta məktəbin şagirdi Aylin Vəliyeva olublar. Qaliblərə diplom, hədiyyə, müsabiqənin fəal iştirakçılarına isə sertifikatlar təqdim olunub.