YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Bu layihə ölkəmiz üçün çox faydalı olacaq

Ceyhun Məmmədov

Milli Məclisin deputatı

Son zamanlar ən çox müzakirə olunan qlobal problemlərdən biri də şirin su qaynaqlarının ciddi şəkildə azalması, içməli və suvarma üçün yararlı olan su mənbələrinin qurumasıdır. Su qıtlığı ilə əlaqədar qənaət rejiminə keçilməsi hazırda çox aktualdır. Təkcə Azərbaycan deyil, bütün dünya içməli və şirin suvarma suyunun çatışmazlığı ilə üzləşir. Çünki dünyada baş verən münaqişələr, iqlim dəyişiklikləri, qlobal ekoloji problemlər, qarın və yağışın az düşməsi, çaylarda suyun quruması, yaşıllıqların məhv edilməsi su qıtlığına səbəb olub.

Prezident İlham Əliyevin su təminatı məsələlərinin vaxtında həll edilməsi yolunda atdığı addımlar, bu problemin aradan qaldırılması üçün 16 aprel tarixində yenidən qurulacaq Şirvan suvarma kanalının təməlqoyma mərasimində şəxsən özünün iştirak etməsi, onun bu məsələyə necə ciddi nəzarət etməsindən xəbər verir.

Cənab Prezidentin təmlqoyma mərasimində qeyd etdiyi kimi Azərbaycanda həyata keçirilən infrastruktur layihələri arasında Şirvan suvarma kanalının xüsusi əhəmiyyəti vardır. Yuxarı Şirvan kanalının inşası uzun illərə dayanır. Uzun illərdir fəaliyyət göstərməsinə baxmayaraq  kanalın böyük hissəsi sıradan çıxmışdır.

Cənab Prezidentin göstərişi ilə kanal yenidən inşa ediləcək. Belə olan halda əkin sahələri də genişləndiriləcək və insanlar daha çox faydalanacaq. Əvvəlki dövrlərdə bu kanal 8 rayonu əhatə edirdisə, indi 10 rayonu əhatə edəcək.

Son illər ərzində infrastruktur layihələrin icrası bir daha onu deməyə əsas verir ki, ölkəmiz sürətlə inkişaf edir, insanların rifah halı yaxşılaşdırılır. Elektrik enerjisi, avtomobil yolları, dəmir yolları və bu kimi layihələr öz bəhrəsini verməyə başlayır.

Prezident İlham Əliyevin Şirvan suvarma kanalının təməlqoyma mərasimində toxunduğu məsələlərdən biri də, Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsi oldu. Xəzər dənizinin duzsuzlaşdırılması və Azərbaycan ərazilərindən bundan istifadə edilməsi əvvəlki illərdə də aktual bir mövzu olub. Çünki, buna çox böyük ehtiyac var. Hazırda Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsi  üzərində işlər görülür. Bu layihə həyata keçiriləndən sonra Xəzər dənizinin suyundan həm suvarma üçün, həm də içməli su kimi istifadə ediləcək.

DİGƏR Xəbərlər Arxiv