YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

İmişlidə ağacəkmə aksiyası keçirilib

Yeni Azərbaycan Partiyası (YAP) İmişli rayon təşkilatının və “Azərbaycan Vətənpərvərlər” İctimai Birliyinin rayon şöbəsinin birgə təşkilatçılığı ilə 8 saylı tam orta məktəbin həyətində “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində ağacəkmə aksiyası keçirilib.

Aksiyada İmişli rayonundan Birinci və İkinci Qarabağ müharibələrində, Aprel döyüşlərində, antiterror əməliyyatlarında qəhrəmancasına həlak olmuş şəhidlərin hər birinin adına ağac əkilib.

Aksiya zamanı ərazidə təmizlik və abadlıq işləri aparılıb, müxtəlif növ ağaclar əkilərək suvarılıb və onlara aqrotexniki qulluq göstərilib.