YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Yaşıl dünya naminə...

Yeni Azərbaycan Partiyası (YAP) İmişli rayon təşkilatının və Mil-Muğan Regional Təhsil İdarəsinin İmişli rayonu üzrə Təhsil sektorunun birgə təşkilatçılığı ilə “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində “Yaşıl dünya naminə...” adlı tədbir keçirilib.

Tədbiri giriş sözü ilə açan YAP İmişli rayon təşkilatının sədri Səfa Ağayev bildirib ki, Azərbaycan beynəlxalq ictimaiyyətin etibarlı və məsuliyyətli üzvü kimi iqlim dəyişmələrinin fəsadlarına qarşı mübarizəyə öz töhfəsini verir. Ötən il Prezidentin müvafiq Sərəncamı ilə 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi təkcə ölkəmiz üçün deyil, bütün dünya üçün qlobal çağırışdır. Səfa Ağayev ekoloji problemlərin həlli və ətraf mühitin qorunub saxlanmasının vacibliyindən danışaraq gənclərdə ekoloji şüurun inkişaf etdirilməsi, ətraf mühitə qarşı həssas münasibətin formalaşdırılması, təbii, mədəni dəyərlərə hörmətlə yanaşılması ilə bağlı maarifləndirmə işlərinin aparılmasının əhəmiyyətinə diqqəti çəkib.

Çıxış edən “Energetik” ərazi partiya təşkilatının sədri Saleh Səmədov Azərbaycanda ekoloji tarazlığın və ətraf mühitin qorunması, o cümlədən iqlim dəyişmələrinin qarşısının alınması istiqamətində milli, regional, qlobal səviyyədə aparılan işlərə dövlətimizin dəstəyi və töhfəsindən söz açıb.

İmişli rayonu üzrə Təhsil sektorunun müdiri Kərim Kərimov Azərbaycanın 2030-cu ilə qədər sosial-iqtisadi inkişafa dair beş milli prioriteti, bu prioritetlərdən biri olan “Təmiz ətraf mühit və yaşıl artım ölkəsi” üzrə mühüm vəzifələr, həmçinin işğaldan azad edilmiş ərazilərdə, eləcə də Naxçıvan Muxtar Respublikasının yaşıl enerji zonası elan olunması və bu istiqamətdə görülən işlərdən danışıb.

Sonra tədbirdə məktəblilərin çəkdikləri rəsm əsərləri nümayiş olunub, qaliblər mükafatlandırılıb.