YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Münasibətlərin gələcək inkşafına böyük təkan

“Ölkəmizdə həyata keçirilən, milli maraqlarımızın qorunmasına hesablanmış və müəllifi Prezident İlham Əliyev olan uğurlu və unikal xarici siyasət kursunun nəticəsidir ki, beynəlxalq aləmdə Azərbaycanın nüfuzu və qüdrəti durmadan artmaqdadır. Hazırda dünya miqyasında ölkəmizə böyük etimad vardır və  dünya dövlətləri Azərbaycanla əməkdaşlıq etməkdə maraqlıdırlar.” Bu fikirləri Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib.

Sədaqət Vəliyeva  bildirib ki, ötən həftə də ölkəmiz üçün dünya dövlətləri ilə əməkdaşlıq baxımından xeyli məhsuldar oldu. Belə ki, Konqo Respublikasının Prezidenti Deni Sassu-Nqesson ilk dəfə olaraq Azərbaycana səfər etdi. Səfər çərçivəsində  “Azərbaycan Respublikası və Konqo Respublikası arasında əməkdaşlıq haqqında Bəyannamə”si də daxil olmaqla bir sıra  sənədlər imzalandı. Bu da iki ölkə arasında dostluq əlaqələrinin yaranmasına və münasibətlərin gələcək inkşafına böyük təkan verəcək.

Səfərlə əlaqədar ölkə Liderləri mətbuata bəyanatlarla çıxış etdilər. Çıxışında dövlət başçımız İlham Əliyev ölkələrimiz arasındakı əlaqələrin gələcək perspektiv imkanlarından bəhs etdi və Azərbaycan Konqo münasibətlərinin beynəlxalq təşkilatlar daxilində də qarşlıqlı dəstək əsnasında davam edəcəyini qeyd etdi. Daha sonra cənab Prezident Azərbaycanın Qoşulmama Hərəkatındakı uğurlu fəaliyyəti haqqında məlumat verdi.

“Qeyd etmək istərdim ki, Azərbaycan dünya dövləri ilə yanaşı beynəlxalq təşkilatlar daxilində də yüksək səviyyəli əməkdaşlıq fəaliyyəti ilə seçilir. Bu sahədə ölkəmiz öz uğurlu fəaliyyəti ilə nümunəvi model ortaya qoymuşdur. Azərbaycan 2019-cu ildən etibarən Qoşulmama Hərəkatına sədrliyi öz üzərinə götürmüşdür ki, bu müddət ərzində təşkilatın fəaliyyətində böyük və görünməmiş canlanma müşahidə olunmuşdur. Eyni zamanda Azərbaycan tərəfindən sülhə və inkşafa hesablanmış təşəbbüslər irəli sürülür ki, bu təşəbbüslər də təşkilata üzv dövlətlər tərəfindən hər zaman dəstəklənmiş və təqdir olunmuşdur.”

Çıxışında Bakı Təşəbbüs Qrupu haqqında danışan Azərbaycan Prezidenti İlham Əliyev bu beynəlxalq qurumun əsas məqsədinin müstəmləkəçiliyin yeni təzahürlərinə qarşı mübarizə aparmaq olduğunu bildirdi. Azərbaycan dünyada sülhsevər, hüquqi və haqq dövləti kimi tanınır və hər zaman ədalətsizliyə və müstəmləkəçiliyə qarşı mübarizə aparmışdır. Bakı Təşəbbüs Qrupunun yaradılması da bir daha buna bariz sübutdur.