YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Şanlı Qələbənin başlanğıc nöqtəsi

Yeni Azərbaycan Partiyası (YAP) Qazax rayon təşkilatı Aprel döyüşlərinin 8-ci ildönümü ilə əlaqədar tədbir keçirib.

Əvvəlcə  Aprel döyüşlərində qəhrəmancasına şəhid olmuş rayonun Fərəhli kəndindən kapitan Orucov Mühüd Qurban oğlunun, Yuxarı Salahlı kəndindən baş leytenant Namazov Elvin Məmməd oğlunun və Aslanbəyli kəndindən əsgər Əliyev Orxan Məhəmməd oğlunun məzarları ziyarət olunub, məzarları önünə tər güllər düzülüb, əziz xatirələri ehtiramla anılıb.

Tədbirdə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və torpaqlarımızın ərazi bütövlüyü uğrunda şəhid olanların xatirələri bir dəqiqəlik sükutla anılıb.

YAP Qazax rayon təşkilatının sədri Anar Nəbiyev çıxış edərək Aprel döyüşlərinin Vətən müharibəsində qazanılan böyük Qələbənin başlanğıc nöqtəsi, hərb tariximizin qəhrəmanlıq salnaməsi olduğunu deyib. O bildirib ki, bu döyüşlər Azərbaycan Ordusunun düşmənin istənilən təxribatının, hərbi əməliyyatının qarşısını almağa qadir olduğunu sübut etdi, tarixi Zəfər üçün mühüm zəmin yaratdı.

Tədbirdə çıxış edən partiya üzvləri Sevda Həsənova, Polad Ağakişiyev, Fəridə Məmmədova, Günel Sanıyeva, Çingiz Məmmədov Aprel döyüşlərində erməni işğalçılarının cəbhədə törətdiyi təxribatlara Azərbaycan Ordusunun verdiyi layiqli cavabdan, hərbçilərimizin şücaətindən, qazanılan qələbənin əhəmiyyətindən danışıblar.