YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Dünyanın siyasi mənzərəsində yeni çalar

Rövşən Əhmədov

YAP Ağcabədi rayon təşkilatının sədri

Cari ilin aprel ayında Konqo və Azərbaycan ölkə liderlərinin Bakıda keçirilmiş görüşü ikitərəfli münasibətlərin inkişafı üçün ciddi stimul yaradır. Ölkə başçıları görüş zamanı Konqo ilə Azərbaycan arasında sıx ikitərəfli münasibətlərin olduğunu vurğulayaraq, bu əlaqələrin daha da inkişaf etdirilməsində, eləcə də iki ölkə arasında bütün səviyyələrdə əməkdaşlığın və əlaqələndirmənin gücləndirilməsində maraqlı olduqlarını bir daha təsdiq etdilər.

Bundan əlavə, prezidentlər yeni birgə işgüzar şuranın formalaşdırılması yolu ilə ticarət mübadilələrinin genişləndirilməsinin, özəl sektorlarda iqtisadi tərəfdaşlığın gücləndirilməsi istiqamətində işlərin aparılmasının vacibliyini vurğuladılar. Hər iki dövlətin başçıları “Azərbaycan Respublikası və Konqo Respublikası arasında əməkdaşlıq haqqında Bəyannamə”, “Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə Konqo Milli Neft Şirkəti arasında təlim haqqında Anlaşma Memorandumu”, “Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə Konqo Milli Neft Şirkəti arasında “Congolaise de Raffinage” neft emalı zavodunun təkmilləşdirilməsi və genişləndirilməsi haqqında Şərtlər Razılığı”, “Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Konqo Respublikasının Ətraf Mühit, Davamlı İnkişaf və Konqo Hövzəsi Nazirliyi arasında ətraf mühit, təbii sərvətlərin davamlı idarə olunması və iqlim dəyişmələri üzrə əməkdaşlıq sahəsində Niyyət Protokolu” nun imzalanması ilə qarşılıqlı iqtisadi inkişafın təməlini qoydular.

Görüş zamanı qeyd edilmişdir ki, ötən illər ərzində Konqo ilə Azərbaycan arasında əlaqələr yüksək səviyyəyə çatıb. Bu münasibətlər həmrəylik, qarşılıqlı etimad və hörmət, həmçinin hər iki tərəfi maraqlandıran məsələlərdə qarşılıqlı dəstək ilə xarakterizə olunur. Buraya dünyada və Konqo və Azərbaycanın yerləşdiyi regionlarda sülhün və sabitliyin qorunması üçün mühüm məqam olan dövlətlərin suverenliyi və ərazi bütövlüyü prinsipinin toxunulmazlığına dair fikirlərin üst-üstə düşməsi daxildir.

Mətbuat konfransında o da vurğulanmışdır ki, biz bu gün deyə bilərik ki, artıq iki ölkə arasında proses başlayıb. Tezliklə münasibətlərimiz dünyanın iqtisadi, siyasi və sosial mənzərəsində dəyişəcək. Biz də bu prosesdən qazanclı çıxmaq üçün bütün imkanlara malikik. Xammal ölkəsindən sənaye ölkəsinə çevrilməklə böyük iqtisadi inkişaf təmin edə bilərik və bu da dövlətimizin dünyada nüfuzunu və qüdrətini dəfələrlə artırar. Ümumilikdə götürdükdə isə Azərbaycan-Konqo prezidentləri arasında bu görüşün keçirilməsi əməkdaşlığın yeni və gələcək sahələrində imkanların araşdırılması üçün dialoq yaratmaq baxımından əhəmiyyətlidir.

Bu görüş həm də siyasi böhranlar məngənəsində çalxalanan dünyanın siyasi mənzərəsinə yeni bir çalar gətirdi.