YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Şəhid ailələri və müharibə əlilləri daim diqqət mərkəzindədir

Milli Məclisin deputatı Ağalar Vəliyev seçicilərinə Ramazan bayramı  münasibətilə təbrik ünvanlayıb. Seçicilərinə səmimi diləklərini və xoş arzularını yetirən millət vəkilinin təbrikində qeyd olunur  ki, ölkəmizdə vicdan və etiqad azadlığının, dövlət-din münasibətlərinin mütərəqqi tarixi ənənəyə və beynəlxalq hüquq normalarına uyğun təmin edilməsi, milli dəyərlərimizin təbliği və təşviqi dövlətimizin siyasətinin əsas prioritetlərindəndir.

Ulu Öndərimiz Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra xalqımızın milli adətləri və dini ənənələri tezliklə bərpa edildi və dini bayramlarımız dövlət səviyyəsində qeyd olunmağa başladı. Bu gün möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən bu siyasət uğurla davam etdirilir, mənəvi və dini dəyərlərimizə böyük ehtiram və sayğı ilə yanalışılır.

Xalqımız Ramazan bayramını  Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevin rəhbərliyilə  Vətən Müharibəsində və ondan sonrakı dövrdə qazanılan Şanlı Zəfərimizin sayəsində doğma Azərbaycanımızın suverenliyinin bütün ərazilərimizdə təmin olunmasının və Böyük Qayıdışımızın doğurduğu qalibiyyət ovqatı və fəxarət hissi ilə qeyd edir.

Müqəddəs Qurani-Kərimin nazil olduğu və on bir ayın sultanı sayılan mübarək Ramazan ayı Ulu Tanrının mərhəmət və lütfünün ən yüksək dərəcədə təzahür etdiyi saflıq, xeyirxahlıq və ruzi-bərəkət ayıdır. Ən ülvi hissləri və nəcib niyyətləri özündə təcəssüm etdirən, xalqımızın mənəvi zənginliyini və birliyini daha da gücləndirən Ramazan günlərində ölkəmizin firavanlığı və tərəqqisi naminə dualar oxunur, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçmiş qəhrəman Vətən övladlarının ölməz xatirəsi dərin ehtiramla yad edilir və igid  qazilərimizə  şəfalar dilənir. Qədrbilən xalqımız şəhidlərimizin müqəddəs adını həmişə uca tutur, şəhid ailələrinə və müharibə əlillərinə diqqətini və qayğısını heç vaxt əsirgəmir. Ağalar Vəliyev Goranboy rayon ictimaiyyətinin nümayəndələri ilə birgə Balakürd kəndindəki Şəhidlər Xiyabanını zəyarət edib və şəhidlərin məzarlarına tər gül dəstələri qoyub.

Deputatın ofisindən daxil olan məlumata əsasən Ağalar Vəliyevin təşəbbüsü ilə Seçki Dairəsi üzrə Goranboy, Ağdam və Tərtər rayonlarının 30-dan çox yaşayış məntəqəsində 1 030 şəhid, qazi, əlil və aztəminatlı ailəyə təbrik açıqcaları ilə birgə bütün zəruri ərzaq məhsullarından ibarət bayram sovqatları çatdırılıb. Eyni zamanda millət vəkili tərəfindən geniş  ictimaiyyətin nümayəndələrinin, şəhid, qazi, imkansız ailələrin,  son 8 il ərzində deputatın maliyyə dəstəyilə Həcc və Məşhəd ziyarətlərinə göndərilən mömün sakinlərin iştirakı ilə Goranboy rayonunda   550 nəfərlik  böyük iftar mərasimi təşkil olunub.

Şəhid ailələri, qazilər və sakinlər onlara göstərilən yüksək diqqətə və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını ifadə ediblər.