YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Xətai rayon təşkilatının daha bir ərazi partiya təşkilatı yaradılıb

Aprelin 5-də Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının Afiyəddin Cəlilov 27A ünvanı üzrə yeni ərazi partiya təşkilatı yaradılıb.

Bununla əlaqədar keçirilən tədbirdə çıxış edən YAP Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə  partiyanın zamanın tələbi, xalqın istəyi ilə yaradıldığını önə çəkərək bildirib ki, bu mühüm addım ölkəmizin həyatında yeni bir mərhələnin  başlanğıcı, dönüş nöqtəsi oldu. Ümummilli Lider Heydər Əliyevin yaradıcısı olduğu YAP qısa müddətdə cəmiyyətin aparıcı qüvvəsinə çevrildi. Ulu Öndərin “YAP dünənin, bu günün və gələcəyin partiyasıdır” tezisi reallıqda özünü doğrultmaqla yanaşı, bütün dövrlər üçün partiyanın atdığı addımlara bələdçilik edir. Yeni Azərbaycan Partiyası ötən dövr ərzində Azərbaycanın daha da qüdrətlənməsi, xalqımızın sosial rifah halının yüksəlməsi yönümündə atdığı addımları, qəbul etdiyi qərarları ilə milyonların sevgisini qazandı. Ümummilli Lider Heydər Əliyev belə bir çağırışı da böyük inam hissi ilə qeyd etmişdir ki, Yeni Azərbaycan Partiyasına xidmət etmək dövlətə, xalqa xidmət etmək deməkdir. Yarandığı gündən ümumxalq partiyasına çevrilən YAP-ın sıraları günbəgün kəmiyyət və keyfiyyət baxımından daha da genişlənir. 550 nümayəndənin iştirakı ilə təsis konfransını keçirən partiyanın bu gün sıralarında  800 minə yaxın üzv birləşir. Bu, Ulu Öndər Heydər Əliyev ideyalarına sadiqliyin, Onun siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətə inamın göstəricisidir. Yeni Azərbaycan Partiyası  uğurlu yol keçib. Partiya bütün sınaqlardan şərəflə çıxaraq tutduğu yola sadiqliyi ilə cəmiyyətin avanqard qüvvəsinə çevrildi.

Vüqar Rəhimzadə vurğulayıb ki, hər dövrün öz tələbi vardır. 44 günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfərimiz, həmçinin ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpa edilməsi  bütün sahələrdə yeniliklərə, təkmilləşməyə yol açdı. Yaranan yeni reallıqlar  Yeni Azərbaycan Partiyasının qarşısında da  yeni vəzifələr qoyur. Partiyanın VII qurultayı bu baxımdan xüsusi əhəmiyyət kəsb etdi. VII qurultayda qəbul edilən qərarlar YAP-ın gələcək fəaliyyətinin yol xəritəsidir. Dövlət başçısı, YAP Sədri İlham Əliyevin tapşırığına uyğun olaraq müasir dövrün yeniliklərini, çağırışlarını özündə ehtiva edən yeni Proqram işlənib hazırlandı və təsdiqləndi. “Biz birlikdə güclüyük!” çağırışının yer aldığı yeni Proqramda qarşıdakı dövrdə görüləcək işlər  öz əksini tapıb.  Dövlət başçısı İlham Əliyev partiyanın VII qurultayında  belə bir əminliyi də ifadə etdi ki, YAP bundan sonra da ölkəmizdə gedən bütün proseslərin mərkəzində olacaq.

Azərbaycanın hər bir uğurunda  Yeni Azərbaycan Partiyasının öz payı olduğunu bildirən YAP Xətai rayon təşkilatının sədri onu da vurğulayıb ki, yeni dövrə qədəm qoyan Azərbaycan bu gün yeni-yeni hədəflərə doğru inamla addımlayır. Bu hədəflərə zamanında və yüksək səviyyədə nail olmaq üçün hər bir rayon təşkilatı bütün qüvvə və bacarığını birləşdirərək Ümummilli Liderin şah əsəri olan müasir müstəqil, eyni zamanda, qalib Azərbaycanın daha da qüdrətlənməsinə öz töhfəsini verməyə səy göstərir.

Tədbirdə çıxış edən partiya üzvləri  Zamiq Əmirov,  Zeynal Əliyev və başqaları Yeni Azərbaycan Partiyasının yarandığı gündən ona göstərilən etimadı dorultduğunu bildiriblər. Belə bir partiyanın üzvü olmaqdan şərəf duyuruq.

YAP Xətai rayon təşkilatının sədri yeni yaradılan ərazi partiya təşkilatına gələcək fəaliyyətində uğurlar arzulayıb.

Sonra təşkilati məsələlərə baxılıb. Orxan Quliyev  YAP Xətai rayon təşkilatı Afiyəddin Cəliliov 27A ünvanı üzrə ərazi partiya təşkilatının sədri,  Zamiq Əmirov və Zaur Həsənov sədr müavinləri seçiliblər.