YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Məzahir Pənahov: Seçkiləri boykot etmək dünyanın qəbul etmədiyi prinsipdir

«Seçkiləri boykot etmək dünyanın qəbul etmədiyi prinsipdir». Bu fikri Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov deyib. 

M.Pənahov bildirib ki, istər müşahidəçi, istərsə də iştirakçı kimi seçkiləri boykot etmək doğru deyil. Onun sözlərinə görə, Azərbaycanda seçki prosesi şəffaf keçirilir.

«Bunu tam əminliklə söyləyə bilərik. Kim necə istəyirsə, o cür də fikir bildirə bilər. Seçki hər bir fərdin azad şəkildə seçimini etməsi üçündür. Qarşıda bizi parlament seçkiləri gözləyir. Yaxşı olardı ki, seçkidə hər bir Azərbaycan vətəndaşı iştirak etsin. Çünki, onların seçimi əsasında ölkəmizdə parlament formalaşdırılacaq. Demokratiyada qəbul olunmuş prinsip ancaq çoxluğun fikrinə söykənir»- deyə, MSK sədri vurğulayıb.

 

DİGƏR Xəbərlər Arxiv