YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Atılan bütün addımlar beynəlxalq hüququn prinsiplərinə uyğundur

“Möhkəm zəmin üzərində qurulmuş, tarixi dostluq və qardaşlıq münasibətlərinə əsaslanan Azərbaycan-Gürcüstan əlaqələri günbəgün daha da inkşaf etməkdə və dərinləşməkdədir”. Bu fikirləri Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib.

Sədaqət Vəliyeva bildirib ki, martın 16-da Gürcüstanın Baş naziri İrakli Kobaxidze Azərbaycana rəsmi səfər etdi. Bu cür səfərlər və ənənəvi görüşlər ölkələrimiz arasında mövcud əlaqələrin daha da inkşafına, yeni-yeni əməkdaşlıq sahələrinin yaranmasına böyük təkan verir, xalqlarımızın bir-biri ilə daha da sıx dostluq etməsinə xidmət edir.

Səfərlə əlaqədar mətbuata bəyanatla çıxış edən dövlət başçımız İlham Əliyev ölkələrimiz arasındakı tarixi dostluq əlaqələrindən bəhs etdi və hər iki ölkənin daima bir-birinin yanında olmasını vurğuladı. Daha sonra Prezident İlham Əliyev Azərbaycanla Gürcüstanın birgə səylərindən və həyata keçirdiyi layihələrin əhəmiyyəti haqqında danışdı: “Birgə həyata keçirilən uğurlu layihələr həm ölkələrimizin regional və qlobal əhəmiyyətini artırır həm də digər ölkələr üçün əvəzolunması imkanlar yaradır. Əlbətdə bütün bunlar Gürcüstan dövlətinin və Prezident İlham Əliyevin müəlifi olduğu  və illər ərzində apardığı uğurlu və düşünülmüş siyasətin bəhrəsi və nəticəsidir. Eyni zamanda bu siyasətin nəticəsidir ki, hazırda Azərbaycan dünyada böyük nüfuza və etibara malikdir və bu gün dünya dövlətləri Azərbaycanla əməkdaşlıq etməyə, ölkəmizin müəllifi olduğu layihələrdə iştirak etməyə can atırlar”.

Çıxışında Azərbaycan Lideri yeni layihələr üzərində işlərin aparıldığını qeyd etdi ki, bu da ölkələrimiz arasındakı əlaqələrin gələcək inkşafına və Azərbaycanla Gürcüstan arasında yeni-yeni əməkdaşlıq sahələrinin yaranmasına təkan verəcək.

Ali Baş Komandanımız bütün dövrlərdə ölkələrimizin bir-birinin ərazi bütövlüyünü dəstəklədiyini və Azərbaycanın beynəlxalq hüquqdan istifadə edərək öz ərazi bütövlüyünü bərpa etdiyini diqqətə çatdırdı. Əlbətdə Azərbaycanın atdığı bütün addımlar beynəlxalq hüququn prinsiplərinə təmamilə uyğundur. Azərbaycan istər İkinci Qarabağ Müharibəsində  istərsə də antiterror əməliyyatları zamanı öz gücü və qüdrəti ilə yanaşı humanistliyini və müharibənin bütün qanunlar və qaydalar çərçivəsində necə aparılmalı olduğunu göstərdi.