YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Xocavənd qəsəbəsində baharın gəlişi yüksək əhvali-ruhiyyə ilə qeyd olunub

Novruz bayramı münasibətilə Beyləqandakı Xocavənd qəsəbəsində Yeni Azərbaycan  Partiyası (YAP) Xocavənd rayon təşkilatının, Xocavənd Rayon İcra Hakimiyyətinin, hüquq-mühafizə orqanlarının, idarə-müəssisə və təşkilatların rəhbərləri, şəhid ailələri və rayon ictimaiyyətinin iştirakı ilə ümumrayon tədbiri keçirilib.

Novruz atributları ilə bəzədilən parkda təşkil edilən şənlikdə təhsil və mədəniyyət müəssisələrinin kollektivləri tərəfindən müxtəlif milli oyun və folklor nümunələri nümayiş olunub.

Novruz şənliyində sərgilənən çoxəsrlik maddi-mədəni irsimizi, qədim milli adət-ənənələrimizi özündə əks etdirən eksponatlar və milli geyimlər rayon ictimaiyyətinin və qonaqların böyük marağına səbəb olub. Yeniyetmə və gənc idmançılar müxtəlif idman nümunələri ilə çıxış ediblər. Novruzun əsas personajları olan Kosa və Keçəlin zarafatları, uşaq bağçalarının fidanları tərəfindən təqdim olunan bayram səhnəcikləri, eləcə də baharı, Azərbaycanı tərənnüm edən mahnılar sakinlərdə xoş ovqat yaradıb.

Qeyd edək ki, Novruz bayramı münasibətilə Xocavənd qəsəbəsində şəhid ailələri də ziyarət olunub, onlara bayram sovqatları təqdim edilib.

Şəhid ailələri onlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını ifadə ediblər.

DİGƏR Xəbərlər Arxiv