YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Nizami rayon təşkilatı sosial aksiya keçirib

Yeni Azərbaycan Partiyası (YAP) Nizami rayon təşkilatı Novruz bayramı münasibətilə sosial aksiya keçirib.

Rayon təşkilatının rəhbərliyi, fəalları və könüllüləri şəhid ailələrini və qaziləri ziyarət ediblər. Onları Novruz bayramı münasibətilə təbrik edib və bayram sovqatlarını təqdim ediblər.

Görüş zamanı dövlətin şəhid ailələrinə, qazilərə, müharibə iştirakçılarına göstərdiyi diqqət və qayğıdan söz açılıb.

Şəhid ailələrinin üzvləri, qazilər, müharibə iştirakçıları da öz növbələrində göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkürlərini bildiriblər.