YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

“Heydər Əliyev. 100 faktın tarixi” kitabının təqdimat mərasimi keçirilib

Yeni Azərbaycan Partiyası (YAP) Yasamal rayon təşkilatında “Heydər Əliyev. 100 faktın tarixi” kitabının təqdimat mərasimi keçirilib.

Tədbirdə əvvəlcə Dövlət Himni səsləndirilib. Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi və suverenliyi uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, YAP Veteranlar Şurasının üzvü, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru Urxan Ələkbərov, AMEA Fəlsəfə və Hüquq İnstitutunun Politologiya və siyasi sosiologiya şöbəsinin müdiri Rəna Mirzəzadə, Bakı Dövlət Universiteti Tarix fakültəsinin Qafqaz xalqları tarixi kafedrasının müdiri İradə Hüseynova, AMEA-nın A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun “Əliyevşünaslıq” şöbəsinin müdiri Ədalət Qasımov, Bakı Dövlət Universiteti Tarix fakültəsinin Azərbaycan tarixi kafedrasının müdiri Azad Rzayev, Milli Məclisin deputatları Soltan Məmmədov və Elnur Allahverdiyev, Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov çıxış edərək bildiriblər ki, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Ümummilli Lider Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısındakı tarixi xidmətləri misilsizdir. Ulu Öndər Heydər Əliyevin həm SSRİ dönəmində, həm də müstəqillik illərində ölkəmizə rəhbərliyi dövründə xalqın rifah halının daha da yaxşılaşdırılması, respublikamızın tərəqqisinin təmin olunması və digər istiqamətlərdə tarixi əhəmiyyətə malik misilsiz işlər görülüb. Bu gün müasir müstəqil Azərbaycan Ümummilli Lider Heydər Əliyevin ideyaları əsasında inkişaf edir: “Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu siyasət Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bildirilib ki, bu gün Azərbaycan Respublikasının əldə etdiyi nailiyyətlərin şah əsəri, heç şübhəsiz Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuz tərəfindən torpaqlarımızın işğaldan azad edilməsi və suverenliyimizin bərpası oldu”.

Sonda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib.

Qeyd edək ki, “Heydər Əliyev. 100 faktın tarixi” kitabında Azərbaycan xalqının Ümummilli Lideri, müasir Azərbaycanın qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin Azərbaycan tarixindəki roluna dair 100 mühüm tarixi fakt yer alıb. Nəşrdə Ümummilli Liderin müsahibələri, çıxışları və bəyanatları, eləcə də səfərləri və müxtəlif görüşləri barədə maraqlı məlumatlar əksini tapıb.

“Heydər Əliyev İli” çərçivəsində ərsəyə gətirilmiş, geniş oxucu auditoriyası üçün nəzərdə tutulmuş kitabın İdeya müəllifləri və məsləhətçiləri Milli Məclisin deputatları Elnur Allahverdiyev və Soltan Məmmədovdur.

 

DİGƏR Xəbərlər Arxiv