YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

İnkişafa doğru böyük bir addım

Rövşən Əhmədov

YAP Ağcabədi rayon təşkilatının sədri

Müstəqillik dövründən bəri yüksəlişdə olan Azərbayan-Qazaxıstan münasibətlərinin daha da inkişafı üçün tarixi fürsət yaranıb. Öz regionlarının lokomotivləri hesab edilən hər iki ölkə təxminən 30 il ərzində siyasi, iqtisadi, mədəni və humanitar inkişafda böyük rol keçib, mühüm nəticələr əldə edib. Bu  münasibətlər Orta Asiya və Cənubi Qafqaz regionunda iqtisadi-siyasi baxımdan təyinedici münasibətlərdir. Hər iki ölkənin iqtisadi və kommunikasiya ehtiyatları böyük potensiala sahib olmaqla tarixi İpək yolunun orta xətti üzrə əsas vektoru təşkil edir.

Ölkələrimiz və xalqlarımız arasında siyasi, iqtisadi, humanitar sahələrdə əməkdaşlıq əlaqələrinin inkişafı istiqamətində əldə edilmiş ciddi nailiyyətlər ümumilikdə dövlətlərarası münasibətlərin inkişafında öz sözünü deyir. Qazaxıstanın iqtisadi cəhətdən inkişaf etməsi, dünya miqyasında artan nüfuzu, eyni zamanda, Azərbaycanın iqtisadi baxımdan bölgədə lider rolunu oynaması, regionda və beynəlxalq aləmdə nüfuzunun daim artması kimi ümumi oxşarlıqlar əlaqələrimizin genişlənməsi üçün yaxşı zəmin yaradır. Ümumiyyətlə, Azərbaycan-Qazaxıstan əlaqələri son illərdə daha da inkişaf etmişdir.

Münasibətlərin dinamikası qarşılıqlı səfərlərin xronologiyasından aydın görünməkdədir. Son ilyarım ərzində Prezident İlham Əliyev Qazaxıstana dörd dəfə səfər etmiş, həmçinin bu dövrdə Qazaxıstan Prezidenti üç dəfə ölkəmizdə olmuşdur.         İşğaldan azad olunmuş Füzuli şəhərində Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin inşası bilavasitə Qazaxıstanın Prezidenti Kasım-Jomart Kemeleviçin təşəbbüsüdür. Bu addım Azərbaycan Prezidenti və xalqı tərəfindən də yüksək qiymətləndirilir. Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Azərbaycana dövlət səfərindən əvvəl verdiyi müsahibədə Füzuli şəhərindəki Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin ölkələrimizin və xalqlarımızın dostluğunun, qardaşlığının, qarşılıqlı dəstəyinin daha bir simvoluna çevriləcəyini deyib. İki ölkə arasında əməkdaşlıq ikitərəfli formatla yanaşı, çoxtərəfli səviyyədə də, xüsusilə Türk Dövlətləri Təşkilatı çərçivəsində uğurla davam etdirilir. Hər iki ölkə TDT çərçivəsində əməkdaşlıq sahələrinin genişləndirilməsində və inkişaf etdirilməsində maraqlıdır.

Qazaxıstan Qarabağ məsələsində də ilk gündən Azərbaycanın yanında olub, ölkəmizin haqlı mövqeyini beynəlxalq platformalarda dəstəkləyib.Bunların hamısı onu göstərir ki, Türkiyədən sonra bizə yaxın olan türk dövlətləri arasında Qazaxıstanın xüsusi yeri var və gələcəkdə əlaqələrimiz daha da möhkəmlənəcək, Azərbaycanla Qazaxıstan arasında inkişafa doğru böyük bir addım atılacaq.

Bütövlükdə Qazaxıstan Prezidentinin ölkəmizə səfəri türkdilli dövlətlərin yeni siyasi, iqtisadi, humanitar birliyinin formalaşdırılması, bu dövlətlərin yeni qlobal çağırışlara cavab olaraq tərəfdaşlıqlarının yeni səviyyəyə yüksəldilməsi istiqamətində önəmli bir addım kimi dəyərləndirilməlidir. Azərbaycan Respublikasının Prezidenti ölkənin xarici siyasətində yeni reallıqlara əsaslanan addımlar atmaqla yeni tarix yazır.

DİGƏR Xəbərlər Arxiv