YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Dünya üçün etalon

Azər Badamov

YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı

Qlobal Bakı Forumları dünyanı narahat edən vacib məsələləri müzakirə edilən beynəlxalq əhəmiyyətli platformaya çevrilmişdir. Bu gün keçiriləcək forum sayca on birincidir. XI Qlobal Bakı Forumunda bu gün dünya üçün daha çox vacib məsələlər müzakirə olunacaqdır. Qlobal Forumun təşəbüsçüsü Azərbaycandır. Ölkəmiz bu forumları keçirməklə dünya ictimaiyyətinin diqqətini Azərbaycana cəlb edir və dünya birliyinin ləyaqətli üzvü olduğumuzu nümayiş etdiririk. Forumun mövzusu Parçalanmış dünyanın bərpasıdır. Bəli, bu gün dünya nizamında tarixdə heç vaxt olmadığı kimi parçalanmalar baş vermişdir. Təəssüf ki, son illər dünya gücləri münaqişələri diplomatik yollarla həll etməkdən daha çox silahların işlədilməsinə yönəldiltmişdir. Rusiya Ukrayna və İsrail Fələstin müharibələri dünyanı Üçüncü Dünya Müharibəsinin başlanılması səviyyəsinə gətirib çıxartmışdır. Bu baxımdan parçalanmış dünyanın bərpası məsələsi bu gün heç vaxt olmadığı qədər vacibdir. Azərbaycan öz ərazilərində suverənliyini bərpa etməklə pozulmuş beynəlxalq hüququn bərpası məsləsinə töhfə vermiş, dünyada baş verən münaqişələrin dayandırılmasının nümunəsini təqdim etmişdir. Bu gün işğaldan azad olunmuş ərazilərin sürətlə yenidən qurulub bərpasının həyata keçirilməsi və keçmiş məcburi köçkünlərin öz ata yurdlarına qayıtması dünya üçün etalondur. Amma təəssüf ki, bu gün yeni müharibələrin başlanmasına rəvac verən güclər regionumuzda sabitliyin yaranmasını həzm edə bilmir. Təbii ki, bu məsələnin forumda müzakirə edilməsi dünyaya bir çağırış olacaqdır.  XI Qlobal Bakı Forumunda həm də iqlim dəyişiklikləri, sağlamlıq, pandemiya, yeni texnologiyalar məsələləri də müzakirə ediləcəkdir. Bu gün iqlim dəyişikliklərə qarşı mübarizədə dünyada həmrəyliyin yaradılması heç vaxt olmadığı qədər vacibdir. Baş verən iqlim dəyişiklikləri planetimizin istiləşməsinə yol açır. Bu da quraqlıqların, daşqınların çoxalması ilə dünya əhalisini yeni fəlakətlərlə qarşılaşdırır. O cümlədən iqlim dəyişiklikləri Azərbaycandan da fəsadlarsız keçmir. Ölkəmizin şirin su ehtiyatları azalmaqdadır. O cümlədən Xəzər dənizinin səviyyəsinin sürətlə azalması bizi və Xəzəryanı ölkləri yeni problemlərlə üzləşdirir. Bu baxımdan iqlim dəyişiklikləri ilə bağlı məsələ heç də davam edən müharibələrdən az aktual məsələ deyil. Azıərbaycan qlobal iqlim dəyişikliklərə qarşı mübarizədə könüllü öhdəlik götürmüşdür. Belə ki, 2030 cu ilə qədər istehsal olunan elektrik enerjisinin 35%-ni, yəni 5 qiqavatı bərpa olunan enerji üzərinə keçirilməsi planlaşdırmışdır. Bu ilin noyabrında Bakıda keçiriləcək COP 29 beynəlxalq konfransa da iqlim dəyikliklərinin müzakirəsinə dünyanın liderleri qoşulacaqdır. COP 29-nun yüksək səviyyədə keçirilməsi iqlim dəyişikliklərinə qarşı mübarizədə həmrəyliyin əldə olunmasının nə qədər vacib olduğunu göstərir. Forumda müzakirə olunacaq pandemiya və yeni texnologiyalarla bağlı mövzular da dünya üçün çox əhəmiyyətli məsələrdir. Ümumdünya Səhiyyə Təşkilatı COVİD infeksiyasının yeni növlərinə qarşı mübarizənin qlobal şəkildə aparılması üçün çağırışların edəcəyi gözləniləndir. COVİD -19 -un dünya üçün yaratdığı problemlərin yenidən təkrarlanmaması üçün vaxtında qabaqlayıcı tədbirlərin görülməsi vacibdir. Qlobal Bakı Forumları dünyada baş verən qlobal problemlərin müzakirəsi və həlli yollarının araşdırılması baxımından nüfuzlu platformaya çevrilmişdir. Forumda 400-ə yaxın qonağın tərkibində fəaliyyıətə olan və keçmiş prezidentlər, baş nazirlər, beynəxalq təşkilatıların rəhbərləri, alimlər, siyasətçilər iştirak edirlər. Bu, bir daha Qlobal Forumun əhəmiyyətini göstərir.

DİGƏR Xəbərlər Arxiv