YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Əməkdaşlıq layihəsi

Malik Mirzəyev

YAP Lerik rayon təşkilatının sədri

Azərbaycan Respublikası 1991-ci ildə dövlət müstəqilliyini bərpa etdikdən sonra iqtisadi sahədə öz suveren hüquqlarını gerçəkləşdirməyə və müstəqil siyasət aparmağa başlamışdır. Bu siyasətin başlıca istiqamətlərini müxtəlif mülkiyyət formaları əsasında yaradılan iqtisadi sistem, bazar iqtisadiyyatına keçid və dünya iqtisadiyyatına inteqrasiya təşkil etmişdir. Müstəqilliyin ilk illərində Azərbaycanın xarici siyasətinin ən vacib istiqamətlərindən birini məhz enerji siyasəti təşkil etmişdir. Bu mənada Cənub Qaz Dəhlizi ön plana çıxır. Avropa ölkələri maye qaz idxalını sürətlə artırır. Cənub Qaz Dəhlizi də, Yaşıl Enerji amili də əhəmiyyətlidir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 1-də Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclasları zamanı “Euronews” televiziyasına müsahibəsində bildirdi ki,  Avropa İttifaqından Azərbaycan qazına böyük tələbat var idi və indi də var. Dövlət başçısının sözlərinə görə, Cənub Qaz Dəhlizinin genişləndirilməsi və hər hansı digər təbii qaz layihələri elə icra olunmalıdır ki, əsas hədəfimizə zərər dəyməsin. Təbii ki, qaz təchizatının şaxələndirilməsi istiqamətində atılan addımlar çox vacibdir. Cənub Qaz Dəhlizi qaz tədarükünü ikiqat artırmaq potensialına malikdir.

Cənub Qaz Dəhlizi Azərbaycanın müəllifi olduğu çox mühüm enerji layihələrindən biri kimi tarixə düşüb. Əslində 10 il bundan əvvəl ideya halında olan, nəhayət, 2014-cü ildən inşa edilməyə başlanan və cəmi 6 il ərzində tikintisi başa çatdırılan 3500 kilometrlik boru kəmərinin belə qısa müddətdə istismara verilməsi özlüyündə bir hadisədir. Çünki söhbət heç də adi enerji layihəsindən getmir. Xəzər, Qara, Aralıq və Adriatik dənizləri kimi çox geniş və mühüm akvatoriyada uzunmüddətli və tamamilə yeni formatda əməkdaşlıq platformasından gedir. Cənub Qaz Dəhlizi artıq 3 ildir ki, fəaliyyətədir. Bu, Avrasiyada ən böyük infrastruktur layihələrindən biridir. Uzunluğu 3500 kilometr olan inteqrasiya edilmiş boru kəməri sistemi olan bu layihə enerji təhlükəsizliyi və əməkdaşlıq layihəsidir. Cənub Qaz Dəhlizi layihəsinin tamamlanmasından sonra Azərbaycan beynəlxalq bazarlara, o cümlədən Avropa bazarlarına ixracı artıra bilib.

DİGƏR Xəbərlər Arxiv