YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Bizim işimiz haqq, mövqeyimiz isə ədalətlidir

“Bu gün Azərbaycanın beynəlxalq aləmdə artan nüfuzu və qüdrəti fonunda dünya dövlətləri ölkəmizlə yeni-yeni əlaqələr qurmağa və mövcud əlaqələri daha da inkşaf etdirməyə can atır. Bu istiqamətdə dünya ölkələrinin liderləri, nümayəndələri ölkəmizə səfərlər edir və Prezident İlham Əliyevlə görüşlər keçirir. Bu görüşlər ikitərəfli əlaqələrin inkşafına təkan verməklə yanaşı Azərbaycanın haqlı mövqeyinin və mövcud reallıqların dünya ictimaiyyətinə çatdırılmasında xüsusi rol oynayır.” Bu fikirləri Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib.

Sədaqət Vəliyeva bildirib ki, fevralın 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Alman İqtisadiyyatının Şərq Komitəsinin sədri Mixael Harmsın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş zamanı bir sıra vacib məsələlərə toxundu. Dövlətimizin başçısı Almaniyanın neytrallıq nümayiş etdirdiyini, Fransadan fərqli olaraq odun üzərinə benzin tökmədiyini qeyd edərək beynəlxalq hüququn Azərbaycanın yanında olduğunu vurğuladı: Azərbaycan istər Ermənistanla münasibətdə istərsə də digər məsələlərdə hər zaman humanistlik nümayiş etdirmiş və beynəlxalq hüquqa və qanunlara ən yüksək səviyyədə riayət etmişdir. İkinci Qarabağ Müharibəsi və antiterror əməliyyatları buna bariz nümunədir. Ümumiyyətlə Azərbaycanın atdığı bütün addımlar tam haqlı və beynəlxalq hüququn prinsiplərinə təmamilə uyğundur. Hansısa bir təşkilatın və ya dövlətin qərəzli ittihamlarının heç bir əsası yoxdur və bütün bunlar ölkəmizin uğurlarına olan qısqanclığın nəticəsidir.

Daha sonra dövlət başçımız Azərbaycanın sülh prosesinə sadiq olduğunu diqqətə çatdırdı: Ümumiyyətlə qeyd etmək istərdim ki Azərbaycan heç zaman müharibə tərəfdarı olmamış, bütün məsələləri sülhlə həll etməyə çalışmışdır. Ikinci Qarabağ Müharibəsindən sonra da Azərbaycan dəfələrlə Ermənistana sülh təklif etmişdir. Lakin təəssüf ki, Ermənistan tərəfi sülh təşəbbüslərini dəyərləndirməmiş, əksinə olaraq havadarlarının oyunlarına uyaraq müxtəlif təxribatlara əl atmış və sülh prosesinə mane olmağa çalışmışdır. Ermənistanın qeyri-müstəqil və asılı siyasətinin nəticəsidir ki, hazırda Ermənistan böhranlar içərisində çabalayır və dalana dirənmiş vəziyyətdir.

Azərbaycan Lideri görüşdə dünyada hökm sürən ikili standartlar və anti Azərbaycan siyasəti haqqında da məlumat verərək bildirdi ki, Azərbaycan haqqında bilərəkdən mənfi təəssürat yaradılır: ilk olaraq onu qeyd etmək yerinə düşərdi ki, istər Ermənistanın işğalı dönəmində istər mülki vətəndaşlarımızın, şəhərlərimizin Ermənistan tərəfindən raketlərlə vurulması zamanı bir sözlə heç bir zaman Ermənistana qarşı heç bir hüquqi addım atılmamış, beynəlxalq hüquq aliliyi Ermənistan üçün işləməmişdir. Eyni zamanda ölkəmizə qarşı anti-Azərbaycan, qərəzli, böhtan siyasətinin şahidi olmuşuq. Lakin birmənalı olaraq hər kəs bilməlidir ki, Azərbaycana qarşı heç bir qərəzin və böhtanın əsası yoxdur. Çünki bizim işimiz haqq, mövqeyimiz isə ədalətlidir.