YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Biz tarixi missiyanı yerinə yetirdik

Vahid Əliyev

YAP Xocalı rayon təşkilatının sədri

Yeni Azərbaycan Partiyasının 5 mart 2021-ci il tarixində keçirilmiş VII qurultayı Yeni Azərbaycan Partiyasının həyatında olduqca mühüm hadisələrdən biri olmuşdur. Qeyd olunan qurultayda Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyevin proqram xarakterli nitqində Yeni Azərbaycan Partiyasını zəruri edən ictimai, iqtisadi və hərbi mühit, Yeni Azərbaycan Partiyası siyasi hakimiyyətə gəldikdən sonra keçdiyi tarixi yol, əldə olunmuş möhtəşəm uğurlar və bundan sonra qarşıda duran vəzifələr geniş şəkildə şərh edilmişdir.

Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyev partiyanın VII qurultayında bildirmişdir: “Partiyamızın VI qurultayından üç il ötür. Bu illər ölkəmiz üçün, bölgəmiz üçün həlledici illər olmuşdur. Üç il ərzində ölkə həyatında bir çox önəmli hadisələr baş vermişdir. Təbii ki, onların arasında ən önəmlisi ərazi bütövlüyümüzün bərpa edilməsi, Vətən müharibəsində parlaq Qələbənin qazanılmasıdır. Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi, tarixi ədaləti bərpa etdi, işğalçıları əzəli torpaqlarımızdan qovdu və beləliklə, tarixi ədalət bərpa olundu. Bizim şanlı Qələbəmiz qürur mənbəyimizdir. Bu gün bizim Qələbəmiz dünyanın aparıcı ölkələrinin aparıcı ali məktəblərində öyrənilir. Azərbaycan xalqı birlik, həmrəylik göstərdi. Azərbaycan Ordusu rəşadət, qəhrəmanlıq, peşəkarlıq göstərdi. Bütün xalqımız bir yumruq kimi birləşib, düşmənə sarsıdıcı zərbələr vurub öz tarixi torpaqlarını işğalçılardan azad etmişdir. Biz bu tarixi missiyanı yerinə yetirdik.

Mən son 17 il ərzində münaqişə ilə bağlı bütün çıxışlarımda deyirdim ki, heç vaxt Azərbaycan xalqı bu işğalla barışmayacaq. Heç vaxt Azərbaycan imkan verməyəcək ki, tarixi, əzəli torpaqlarında ikinci erməni dövləti yaradılsın. Heç vaxt bizi tam qane etməyən razılaşma ilə barışmayacağıq və müharibədən əvvəl müxtəlif çıxışlarda, müsahibələrdə deyirdim ki, bizə hansısa yarımçıq sülh müqaviləsi lazım deyil. Biz ərazi bütövlüyümüzü tam bərpa etməliyik. Biz tarixi ədaləti tam bərpa etməliyik. Çünki yarımçıq razılaşma bizim xalqımızın maraqlarına cavab vermirdi, tarixi ədalətə cavab vermirdi. Yarımçıq razılaşma istər-istəməz gələcəkdə müharibə risklərini artıra bilərdi. Bizə isə tam, mütləq qələbə lazım idi. Biz bu mütləq Qələbəni qazandıq”

İşğalçı Ermənistan üzərində tarixi Qələbəni şərtləndirən üç mühüm amil vardır ki, bunlardan birincisi Prezident İlham Əliyevin qətiyyəti, sərkərdəlik qabiliyyəti və diplomatik məharəti, ikincisi Prezident İlham Əliyevin formalaşdırdığı Silahlı Qüvvələrin qüdrəti, üçüncüsü isə Prezident İlham Əliyevin ətrafında xalqımızın vahid yumruq kimi birliyinin təmin edilməsi idi. Yuxarıda sadalanan üç vacib amilin hər birinin əldə olunmuş möhtəşəm qələbədə müstəsna rolu vardır. Heçdə təsadüfi deyildir ki, “dəmir yumruq” Qələbəmizin simvoluna çevrilmişdir. “Dəmir yumruq” simvolu həm yuxarıda qeyd olunan üç mühüm amilin birliyini və eyni zamanda xalqımızın Prezident İlham Əliyev ətrafında sıx birliyini ifadə edir.

Tarix düzgün nəticə çıxarmaq üçün ən önəmli vasitə və olduqca gərəkli ictimai-siyasi elmdir. Azərbaycan xalqı 90-cı illərin əvvəllərində də Ermənistan adlanan irticaçı ilə üzbəüz idi. Lakin o dövrdə Prezident İlham Əliyevin malik olduğu şəxsi keyfiyyətlərə sahib rəhbəri mövcud deyildi. Nə qətiyyətli mövqe ortaya qoya bilirdilər, nə ordu formalaşdırmağı bacarırdılar, nə də xalqın birliyini təmin edə bilirdilər. Onlar yalnız hakimiyyətlərinin müddətini uzatmaq haqqında düşünürdülər. Dövlətinin təhlükəsizliyini, xalqın birliyini təmin edə bilməyən rəhbərin hakimiyyəti davamlı ola bilməzdi və bilmədi. Ancaq Prezident İlham Əliyev 2003-cü ildə hakimiyyətə gəldikdən sonra Azərbaycanın dövlət müstəqilliyini, iqtisadi və hərbi qüdrətini yüksəltməyə, əhalinin maddi rifah halının yaxşılaşdırılmasına, bütün kənar təsirləri dəf edərək tam müstəqil, xalqın və dövlətin maraqlarına xidmət edən xarici siyasətin aparılmasına nail oldu.

Yeni Azərbaycan Partiyasının VII qurultayı həm Azərbaycan Respublikasının tarixində və həm də Yeni Azərbaycan Partiyasının həyatında əlamətdar hadisə olmasını onunla izah edilir ki, YAP-nın əvvəlki proqramında Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi əsas müddəa olaraq qeyd edilmişdir.

Artıq YAP-ı bir iqtidar partiyası olaraq Azərbaycanın ərazi bütövlüyünü bərpa edərək yuxarıda qeyd olunan müüddəanın icrasını təmin etmiş oldu. Bununla da birinci dövrəyə son verərək yeni dönəmin islahatların daha da dərinləşməsinin əsasını qoymuş oldu.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev elan edilmiş islahatların ilk növbədə iqtidar partiyası olan Yeni Azərbaycan Partiyası olmalı olduğunu qeyd etdi və qurultayın qərarı ilə Yeni Azərbaycan Partiyasının yeni Nizamnaməsini qəbul etdi və idarəetmə formasını dəyişdirdi.

Prezident İlham Əliyevin apardığı uğurlu siyasət sayəsində formalaşdırılmış xalqımızın birliyi əldə olunmuş uğurlarımızın əsas amili olduğu kimi bundan sonra da qarşıya qoyulan hədəflərə çatmaq üçün ən önəmli vasitədir.

Yeni Azərbaycan Partiyasının VII qurultayından sonra keçirilən Prezident seçkilərində xalqımızın mütəşəkkil şəkildə iştrakı və seçkidə iştrak etmiş seçicilər mütləq əksəriyyətinin Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevin leyhinə səs verməsi xalqımızın Prezident İlham Əliyevin ətrafında sıx birliyinin bir daha təsdiqidir.

DİGƏR Xəbərlər Arxiv