YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Yeni hədəflərə doğru

Bayram Aslanov

YAP İdarə Heyətinin üzvü, YAP Gəncə şəhər təşkilatının sədri

Ölkəmızın ictimai – siyasi həyatına hər zaman yeniliklər gətirən Yeni Azərbaycan Partiyası fəaliyyəti ilə dövlətimizin inkişafına, yüksəlişinə, dahi şəxsiyyət Heydər Əliyev ideallarına sədaqətini, Ulu Öndərin müəyyən etdiyi strateji inkişaf kursunu əzmlə həyata keçirən Prezident İlham Əliyevin apardığı islahatlara töhfələr verib.

Ümumxalq etimadın ünvanına çevrilən hakim partiya qəbul etdiyi tarixi qərarları ilə yeni inkişaf mərhələsində öz sözünü deməyi baçarıb. Dünənin, bu günün, sabahın partiyası dövlət başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin sosial-iqtisadi yüksəlişinin davamlılığının təmin olunmasına, milli həmrəyliyin, beynəlxalq arenada və qlobal informasiya müstəvisində mövqeyinin daha da gücləndirilməsinə, Böyük Qayıdışın yüksək səviyyədə həyata keçirilməsinə davamlı töhfələr verəcək, qarşısında dayanan vəzifələrin öhdəsindən layiqincə gələcək.

Ölkəmizin milli tərəqqinin yeni mərhələsinə qədəm qoyduğu bir vaxtda, Yeni Azərbaycan Partiyası üzərinə düşən vəzifələri, yeni çağırışları layiqincə yerinə yetirir. Azərbaycanın növbəti tarixi nailiyyətlər qazanmasına və strateji zirvələr fəth etməsinə layiqli töhfəsini verən hakim partiyanın 5 mart 2021-ci il tarixdə keçirilmiş VII qurultayı partiyamızın inkişafında yeni mərhələnin əsasını qoyub. Qalib Azərbaycanın ictimai-siyasi həyatında önəmli hadisə kimi tarixə düşən VII qurultayında qəbul edilən qərarlar hakim partiyanın daim siyasi proseslərin önündə olmasına, ona göstərilən etimadın öhdəsindən layiqincə gəlməsinə zəmin yaradıb.

Hakim və alternativsiz siyasi qüvvə olan Yeni Azərbaycan Partiyasının hər bir qurultayında qəbul edilən qərarlar yeni dövrün reallıqlarına uyğun olaraq siyasi inkişafa xidmət edib. Son Proqramda da Yeni Azərbaycan Partiyasının siyasi dəyərlər və prinsiplər sistemində 10 strateji istiqaməti – Heydər Əliyev yolu, müstəqillik, azərbaycançılıq, dövlətçilik, qanunun aliliyi, varislik və təkamül, konstruktiv əməkdaşlıq və dialoq, sosial ədalət və insan amili, multikultural cəmiyyət və demokratik ənənələrin inkişafı müəyyən olunub.

32 ilə yaxın müddət ərzində Yeni Azərbaycan Partiyasının əldə etdiyi nailiyyətlərin, bugünkü uğurlarının ciddi tarixi və siyasi əsasları mövcuddur. Partiya bu illər ərzində əldə etdiyi nailiyyətlərlə kifayətlənməyib, Azərbaycanın parlaq gələcəyi naminə ilklərə imza atıb, cəmiyyətimizdəki yeniliklərlə, dəyişikliklərlə bir addımlayıb.

Partiyanın VII qurultayında qəbul edilmiş qərarlar və ondan sonra həyata keçirilən tədbirlər bir daha göstərdi ki, ölkəmizdə siyasi mədəniyyətin və siyasi sistemin formalaşmasında, təkmilləşməsində siyasi təşkilatın rolu və yeri xüsusidir.

Dünənin, bu günün və gələcəyin partiyasının VII qurultayı siyasi təşklatın tarixində növbəti dönüş nöqtəsi, yeni inkişaf mərhələsinin başlanğıcı oldu. Yeni Azərbaycan Partiyasının son qurultayında, əvvəlki quriltaylarında qəbul edilən tarixi qərarlar ölkəmızın ictimai – siyasi həyatına hər zaman yeniliklər gətirib, ölkəmizin gələcək inkişaf perspektivlərinin müəyyənləşdirilməsi baxımından mühüm rol oynayıb.

Ümummilli Lider Heydər Əliyevin ideyalarını uğurla davam etdirən Qalib Lider İlham Əliyevin rəhbərlik etdiyi, xalqın daim dəstəklədiyi hakim partiya öz fəaliyyəti ilə hər zaman sübut edib ki, yeni müstəqil Azərbaycanı qurmağa, onu zirvələrə, parlaq gələcəyə daşımağa qadir partiyadır.

DİGƏR Xəbərlər Arxiv