YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Yeni reallıqların əyani sübutu

Rafiq Əliyev

YAP Yevlax rayon təşkilatının sədri

Hələ 30 il bundan öncə qədirbilən xalqımız Ümummilli Liderimiz Heydər Əliyevin Azərbaycanın böhrandan çıxarmağa qadir yeganə rəhbər olduğunu gözəl bilirdi. Təbii ki, dahi Heydər Əliyevin hakimiyyətə gəlməsi yollarını da Azərbaycan vətəndaşları düşünürdülər. Çünki sovet hakimiyyəti süqut etdikdən sonra bütün postsovet ölkələrində olduğu kimi, Azərbaycanda da insanların yaxından inandığı şəkildə olmasa da, hər halda, ictimai münasibətlərin üst qatında demokratik ab-hava formalaşmışdı. İnsanlar bir yandan düşünürdülər ki, istənilən siyasi, o cümlədən hakimiyyətə gəlməklə bağlı proseslər demokratiya normaları çərçivəsində olmalıdır. Digər tərəfdən, o zaman hakimiyyətin qaydasız şəkildə tez-tez dəyişdirilməsi "ənənəsi"nin əsası qoyulmuşdu. Bütün bunları ölçüb-biçən toplumun vətənpərvər təmsilçiləri Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəlməsinin zərurətini dərk etməklə yanaşı, eyni zamanda bu prosesin demokratik dəyərlər üzərində baş verməsini təmin etməyin yolları barədə də ciddi düşünürdülər. Bu da Heydər Əliyevin hansı üsulla Azərbaycanda rəhbərliyə dönüşü sualının meydana gəlməsinə gətirib çıxarmışdı. Bu suala cavab axtarışları dahi Heydər Əliyevin rəhbərliyi altında yeni partiyanın yaranması ideyasına səbəb oldu. Beləliklə, Heydər Əliyevin tərəfdarları onun rəhbərliyi altında yeni siyasi partiyanın meydana gəlməsini vacib bilərək, bunu Ulu Öndərin siyasi proseslərə bilavasitə müdaxilə etməsi və əslində, xalqın tələbi ilə hakimiyyətə gəlməsi üçün ən məqbul və demokratik vasitə və üsul hesab etdilər. Beləliklə, insanlarda, xüsusilə də Ulu Öndərin tərəfdarlarının içərisində onun rəhbərliyi altında yeni siyasi partiyanın yaranması ideyası meydana çıxdı.

Yeni Azərbaycan Partiyasının yaranması Azərbaycanın təhlükəli böhrandan qurtulması istəyi ilə bilavasitə əlaqədar idi. Beləliklə, YAP Azərbaycanı müstəqilliyinin başının üstünü almış təhlükələrdən xilas etmək istək və arzusu, Azərbaycan vətəndaşlarını narahat edən sabaha inamsız baxışlardan qurtulmaq məqsədilə yarandı. YAP Azərbaycanı müstəqil, azad bir dövlət kimi qurmaq, formalaşdırmaq istəyi ilə meydana çıxdı. Əgər biz bu gün müstəqil, qüdrətli, güclü, dünyada özünə layiqli yer tuta bilmiş bir Azərbaycan dövləti haqqında danışır və bununla qürur duyuruqsa, birmənalı şəkildə hər bir vətəndaş bütün bu proseslərin kökündə Heydər Əliyev şəxsiyyəti və bu şəxsiyyətin ətrafında formalaşan, birləşən YAP amilini göz önünə gətirir. YAP yaranmasından 6 ay sonra Heydər Əliyevin hakimiyyətə gəlməsi, Azərbaycanın müstəqilliyinin başının üstünü almış bütün təhlükələri çox qısa zamanda sovuşdurulması kimi şərəfli bir tarixə sahibdir. YAP Azərbaycan iqtisadiyyatının Ümummilli Liderimiz tərəfindən müəyyənləşdirilmiş strategiya sayəsində tənəzzüldən xilas olaraq təkamül, inkişaf mərhələsinə keçməsi kimi əzəmətli bir tarix yazıb. Yeni Azərbaycan Partiyası 20 il ərzində Prezident İlham Əliyevin Sədrliyi ilə böyük və sayasız-hesabsız qələbələrə imza atıb. Ulu Öndərimizin siyasi irsini layiqincə davam etdirən cənab Prezident ötən illər ərzində müdrik siyasəti ilə Azərbaycanın beynəlxalq aləmdəki böyük nüfuzunu, ölkəmizin bütün sahələr üzrə hərtərəfli inkişafını, 44 günlük Vətən müharibəsindəki parlaq Qələbə ilə torpaqlarımızın düşmən tapdağından azad edilməsini təmin etdi. 2021-ci ilin 5 mart tarixində Yeni Azərbaycan Partiyasının VII Qurultayının keçirilməsi yaranmış yeni reallıqlar ilə əlaqədar olmuşdur. Cənab Sədrin həmin Qurultayda qeyd etdiyi fikirlər; “Biz yeni reallıqlar yaratmışıq, 30 ilə yaxın müddət ərzində işğal altında olan doğma torpaqlarımızı düşməndən azad etmişik və beynəlxalq müstəvidəki nüfuzumuz daha da güclənib” sözləri yeni reallıqların əyani sübutudur.  Təbii ki, sonrakı mərhələdə də qələbədən qələbəyə doğru addımlayan YAP növbəti uğuruna imza atdı. Belə ki, Azərbaycan 2022 və 2023-cü ilin sentyabr aylarında antiterror tədbirləri ilə doğma Qarabağdakı separatizmin qalıqlarını darmadağın edərək, öz ərazi bütövlüyünü tam şəkildə təmin etdi. Məhz bu uğurlu siyasətin nəticəsi idi ki, ölkəmizdə 7 fevral 2024-cü il tarixdə keçirilmiş növbədənkənar prezident seçkilərində Azərbaycan xalqı yenə “Dəmir yumruq” kimi birləşərək, Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevi dəstəklədi. Xalq öz Liderini seçdi. Qədirbilən xalqımız yaxşı bilir ki, bu ən doğru seçimdir. Dövlətimizin başçısı İlham Əliyevin ali rəhbərliyi ilə Yeni Azərbaycan Partiyası bu gündə möhtəşəm uğurlara imza atmaqdadır. Cənubi Qafqazda alternativi olmayan doğma Partiyamızın fəaliyyəti Azərbaycanın milli maraqları naminədir və hər birimiz qürur hissi keçiririk ki, Yeni Azərbaycan Partiyasının sıralarındayıq. 

DİGƏR Xəbərlər Arxiv