YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Qarşımızda daha böyük hədəflər var

“2021-ci il 5 mart tarixində keçirilən Yeni Azərbaycan Partiyasının VII qurultayı ölkəmizin ictimai-siyasi həyatında önəmli hadisə oldu. Bu bir həqiqətdir ki, xalq-iqtidar birliyi bu partiyanı nəinki ölkənin, hətta Qafqazın ən böyük partiyası mövqeyinə gətirib. Bu da onun nəticəsidir ki, iqtidar partiyası atdığı bütün addımlarda xalqın mənafeyinə xidmət edir. Prezident İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VII qurultayında çıxışı zamanı da qeyd etdiyi kimi, ümummilli maraqların reallaşması yolunda YAP-ın böyük tarixi nailiyyətlər qazanmasının nəticəsidir ki, bu gün onun sıraları ildən-ilə genişlənir”. Bunu açıqlamasında Milli Məclisin deputatı Vüqar İskəndərov deyib.

“YAP-ın VII Qurultayında qəbul olunmuş qərarlar partiyanın fəaliyyətində keyfiyyətli dəyişikliklərə səbəb olub. Partiyadaxili struktur islahatlar və təşkilati məsələlərin həlli yeniləşən partiyanın gücünə güc qatıb. Qurultayda YAP-ın yeni Nizamnaməsi təsdiq olunub, İdarə Heyəti, Təftiş Komissiyası və Veteranlar Şurasının say tərkibi müəyyən edilməklə yanaşı, İdarə Heyəti və Təftiş Komissiyasının üzvləri, Veteranlar Şurasının üzvləri, sədri və sədr müavinləri seçilib. Bununla yanaşı iqtidar partiyası olaraq YAP-ın xalq arasında olan nüfuzu və ideal idarəetmə şəkli digər partiyaların da YAP-a qoşulmasına səbəb olmuşdur. Atılan ən önəmli addımlardan biri də ölkədə fəaliyyət göstərən 6 siyasi partiyanın (Azərbaycan Xalq Demokratik Partiyası, Azərbaycan Yurddaş Partiyası, Azərbaycan Kəndli Partiyası, Azərbaycan Milli Hərəkat Partiyası, Azərbaycan Demokratik Sahibkarlar Partiyası, Milli Qurtuluş Partiyası) Yeni Azərbaycan Partiyasına qoşulması barədə müraciətlərinin öz müsbət həllini tapmasıdır. Prioritet məsələsi ölkənin inkişafı olan Partiyamız siyasi dialoq mühitinin təşviq olunmasına da həmişə önəm verib. Çünki Yeni Azərbaycan Partiyası həm iqtidar, həm də ölkənin hər bir sahəsində təmsil olunan partiya kimi iqtidar-müxalifət dialoquna öz töhfəsini verməkdədir. 2021-ci ilin 21 oktyabr tarixində Yeni Azərbaycan Partiyasının Mərkəzi Aparatında parlamentdə təmsil olunan müxalifət partiyaların sədrləri ilə keçirilmiş görüş bu istiqamətdə görülən işlərə bir nümunədir. Yeni siyasi konfiqurasiyanın formalaşdırılmasını hədəfləyən islahatların məqsədi ölkədə həmrəylik mühitinin bərqərar olunması və siyasi münasibətlərin subyektləri arasında sağlam dialoqun formalaşdırılmasına xidmət etməkdir.

Deputat qeyd edib ki, Partiyanın müəyyənləşdirdiyi strateji istiqamət bu gün də öz effektivliyi qoruyur. YAP-ın konsepsiyasında siyasi dəyərlər və prinsiplər bu baxımdan mühüm rol oynayır: “Ulu Öndərin “bir millət iki dövlət” şüarı bu gün YAP üçün əsas prioritet istiqamətlərdən biridir. Türkiyə ilə dostluq və qardaşlıq əlaqələri ölkələrimiz arasında digər sahələrdə olduğu kimi hakim siyasi partiyaların münasibətlərində də nümunəvi məcrada dinamik şəkildə inkişaf edir. Türkiyənin hakim partiyası Ədalət və İnkişaf Partiyası və Yeni Azərbaycan Partiyası arasında uzun illər davam edən əməkdaşlıq yeni mərhələyə qədəm qoyub. Bu məsələdə Partiyalar arasında əməkdaşlığa dair imzalanmış niyyət protokolunu xüsusi qeyd etmək lazımdır. Bundan sonra isə YAP-ın qarşısında daha böyük hədəflər var. Çünki ölkəmiz yeni mərhələyə qədəm qoyub. Bu hədəflərə doğru isə bizi Cənab Prezidentin müəyyənləşdirdiyi strateji yollar aparacaq”.

DİGƏR Xəbərlər Arxiv