YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Əməkdaşlığın yeni perspektivləri

“Prezident İlham Əliyev martın 1-də Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclaslarında iştirak edib. Dövlətimizin başçısı buradakı çıxışında bir çox mühüm məsələlərə toxunub. Azərbaycanla Avropa İttifaqı arasındakı əməkdaşlığın yeni perspektivlərindən bəhs olunub. Prezident İlham Əliyev qeyd edib ki, ötən dövr ərzində bu əməkdaşlıq enerjinin şaxələndirilməsi və enerji təhlükəsizliyi məsələlərində yeni təchizat coğrafiyasının genişləndirilməsinə və yaradılması prosesinə mühüm töhfə verib.” Bunu YAP Təftiş Komissiyasının sədri, Milli Məclisin deputatı Sevinc Hüseynova deyib.

“Dövlətimizin başçısı tərəfindən Məşvərət Şurasının bütün toplantılarında müzakirə olunan enerji təhlükəsizliyi məsələlərində Azərbaycanın mövqeyinin hər zaman ardıcıl olduğu xüsusi olaraq qeyd edilib. Enerji təhlükəsizliyinin təmin olunması hər bir ölkənin milli təhlükəsizlik məsələsi kimi başlıca amildir. Avrasiyada mövcud olan hazırkı geosiyasi vəziyyət görülən işlərin son dərəcədə əhəmiyyətini önə çəkmiş olur. Cənub Qaz Dəhlizinə artıq bir çox marşurutlar üzrə interkonnektorların əlavə edilməsi layihənin əhəmiyyətini daha da artırır. Azərbaycanın bu kontekstdə Avropada qaz təchizatı kimi coğrafiyasının genişlənməsi milli iqtisadiyyatımız üçün önəmlidir”- deyə millət vəkili qeyd edib.

Deputat Azərbaycanın səkkiz ölkəyə qaz nəql etdiyini onlardan altısının Avropa ölkəsi olduğunu bildirib: “Cənab Prezident tərəfindən çıxışında bu amil bir daha vurğulanıb. Bu həmçinin vacib mesaj kimi xarakterizə olunur. Ötən il Avropada istifadəyə verilmiş interkonnektor şəbəkəsinin təməlində də, ilk növbədə, Cənub Qaz Dəhlizi layihəsi dayanır. Azərbaycanın təşəbbüskarı olduğu layihələrin Avropa İttifaqı ölkələri arasında əməkdaşlığın inkişafında mühüm rolu məhz bu müstəvidə bir daha gündəmə gəlir. Ölkəmizin başçısı da çıxışında Azərbaycanın bundan sonra da interkonnektorlar şəbəkəsinin Avropada daha da şaxələndirilməsi istiqamətində səylərini davam etdirəcəyini vurğulayıb”.

Təftiş Komissiyasının sədri Avropanın qaza olan tələbatının qarşılanmasında Azərbaycanın qaz mənbələrinə, nəqliyyat marşrutlarına malik ölkə olduğunu söyləyib: “Türkiyə vasitəsilə Trans-Balkan boru kəməri sistemindən istifadə etməklə bağlı əldə olunan razılıq da vacib əhəmiyyət kəsb edir. Beləliklə nəqliyyat şəbəkələrinin şaxələndirilməsi daha çox istehsalçıya qazın çatdırılması məqsədinə xidmət edir. Azərbaycan qaz ehtiyatlarının qiymətləndirilməsi nəticəsində əldə olunan yekun qənaət bunu deməyə əsas verir. Əslində bu fakt Azərbaycanda guya ki, kifayət qədər qaz olmadığı barədə yayılan şayiələri də alt-üst edir. Bu cür yanaşmalar Azərbaycana qarşı əsassız və davamlı xarakter almış qərəzli kampaniyanın mahiyyətini göstərir. Bütün bunlara baxmayaraq Azərbaycanın yaşıl enerji sahəsində atdığı addımlar bu gün beynəlxalq birliyin diqqət mərkəzindədir. 2024-cü il Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan olunması məhz bu məqsədlərə xidmət edir. Prezident İlham Əliyev də ölkəmizin bərpaolunan enerji layihələrinin yüksək göstəricilərə malik olduğunu qeyd edib. Azərbaycanın nəhəng bərpaolunan enerji ehtiyatlarına malikdir. Bu yaxın gələcəkdə Azərbaycanın “Qara Dəniz Yaşıl Kabel” layihəsi ilə Avropaya yaşıl enerjinin önəmli ixracatçılarından birinə çevrilməsinə təminat yaratmış olacaq. Məhz olduqca önəmli COP29-un bu il Azərbaycanda keçirilməsi barədə qəbul edilmiş qərar da ölkəmizin yaşıl enerji gündəliyinin və qarşıda duran hədəflərinin mahiyyətini ehtiva edir”.