YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Siyasi sistemin təkmilləşdirilməsində YAP-ın rolu böyükdür

Elmar Əhmədov

YAP Salyan rayon təşkilatının sədri

Cəmiyyətin avanqard qüvvəsi olan Yeni Azərbaycan Partiyası illərin sınağından uğurla çıxaraq təkmilləşir, sıraları genişlənir. Təkcə tarixi Zəfərimizin reallıqları əsasında Yeni Azərbaycan Partiyasının keçirilən VII qurultayından ötən üç ildə həm ölkəmizin, həm də partiyanın qazandığı uğurlara diqqət yetirmək kifayətdir. Cənab İlham Əliyevin  5 mart 2021-ci il tarixdə keçirilən VII qurultayda  Prezidentlik dövrünün 17 ilini nəzərə alaraq söylədiyi “Biz bütün işləri ardıcıllıqla edirik və əgər son 17 illik tariximizə nəzər salsaq görərik ki, qarşıya hədəflər qoyulurdu, hədəflər düzgün müəyyən edilirdi, biz bu hədəflərə çatırdıq və ondan sonra qarşımıza yeni hədəfləri qoyurduq. Beləliklə, həm siyasi, həm iqtisadi sahədə dayanıqlı inkişafı təmin etdik, beynəlxalq aləmdə Azərbaycanı çox böyük nüfuza və hörmətə malik olan ölkəyə çevirdik və əsas məsələmizi - ərazi bütövlüyümüzün bərpasını təmin etdik” fikirlər hər bir hədəfin zamanında reallığa çevrildiyini və yeni hədəfə yol açdığını nümayiş etdirir. Təbii ki, buna əsas verən Lider amili və düşünülmüş siyasətdir.

Azərbaycanın müstəqilliyinin bərpasının ilk illərində yaşadıqları tariximizin qara səhifəsi kimi daim vərəqlənir. Ölkəmizin  taleyini düşünən insanlar Azərbaycanı  böhrandan çıxara biləcək yeni bir partiya yaratmaq təşəbbüsü ilə çıxış etdilər və bu məqsədlə xalqın sınanmış lideri və peşəkar siyasətçi Heydər Əliyevin şəxsiyyəti ətrafında birləşdilər.  Azərbaycanın ən yeni tarixinə “91-lər”in müraciəti kimi daxil olmuş sənəd əslində, bütün xalqın arzu və istəklərinin ifadəsi idi. Xalqın istəyini nəzərə alaraq Ulu Öndərə müraciət edən məşhur “91-lər”in cəsarətli addımları nəticəsində dağıdıcı proseslərin qarşısı alındı. Azərbaycanın görkəmli ziyalıları, tanınmış insanları və nüfuzlu şəxsiyyətlərinin imzaladıqları müraciətdə Ümummilli Lider Heydər Əliyevdən yeni yaradılacaq siyasi partiyaya rəhbərlik etmək xahiş olunurdu.  Yeni Azərbaycan Partiyasının təsis konfransı 21 noyabr 1992-ci il tarixində Naxçıvanda ölkəmizin bütün regionlarını təmsil edən və 550 nəfərdən ibarət olan təşəbbüs qrupunun iştirakı ilə keçirilmişdir. Təsis konfransı Yeni Azərbaycan Partiyasının yaradılması haqqında qərarı, partiyanın Nizamnaməsini və Proqramını qəbul etdi. Konfransda Ulu Öndər Heydər Əliyev yekdilliklə partiyanın Sədri seçildi. Beləliklə, müstəqil Azərbaycanın tarixində öz üzərinə böyük tarixi missiya götürən Yeni Azərbaycan Partiyası yarandı. Ulu Öndər Heydər Əliyev rəhbərlik etdiyi Yeni Azərbaycan Partiyası qısa müddət ərzində cəmiyyətin aparıcı qüvvəsinə çevrildi.  Ümummili Lider qısa zamanda partiyanı  inkişaf etdirdi, özünün dediyi kimi “dünənin, bu günün və sabahın partiyası” səviyyəsinə yüksəltdi.

Dövlət başçısı İlham Əliyev VII qurultayda Azərbaycanın ayrı-ayrı sahələrdə qazandığı uğurlardan geniş bəhs edərək qarşıdakı dövrün əsas hədəfləri sırasında birliyimizin, həmrəyliyimizin daha da möhkəmləndirilməsinin vacibliyini bildirmişdir. Qurultaydam ötən üç ildə ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpa edilməsi və bunlara söykənərək 7 fevral növbədənkənar prezident seçkilərinin keçirilməsi, cənab İlham Əliyevin inamlı qələbəsi birliyimizin, həmrəyliyimizin növbəti təqdimatı oldu.   

YAP ölkədə milli birlik və həmrəyliyin yaranmasında da aparıcı siyasi qüvvə kimi rolunu əməli fəaliyyəti ilə doğruldur. Dövlətçiliyin möhkəmlənməsi, müstəqilliyin əbədiliyi naminə qüvvələri eyni məqsəd naminə birləşdirən YAP fəaliyyətini xalqın istək və arzularına uyğun müəyyənləşdirir: Azərbaycan daha da qüdrətlənməli, insanların həyat səviyyəsi yüksəlməli, sabitlik, davamlı inkişaf əsas prinsip kimi diqqətdə saxlanılmalı, ölkəmizin dünya birliyində mövqeyi möhkəmlənməlidir. Ən çətin dövrlərdə yeganə ümid yeri kimi Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə gəlməsini nicat yolu seçən xalq sonrakı dövrlərdə yanılmadığını Ulu Öndərin siyasi məktəbini davam etdirən Prezident, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevi dəstəkləməklə bildirir. YAP-ın yaranmasını müasir siyasi sistemin formalaşması, təkmilləşməsi kimi dəyərləndirən və gələcəyə böyük ümid yaradan partiyanın keçdiyi yola nəzər salan Prezident, YAP Sədri İlham Əliyevin bildirdiyi kimi, təşkilatın əsas amalı dövlətçilik, müstəqillik, inkişaf, təhlükəsizlikdir.

YAP-ın geniş beynəlxalq əlaqələrə malik olması ölkəmizin dünyada nüfuzunun artırılması məsələsində də mühüm rol oynayır. YAP Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının üzvüdür. Bu təşkilat 50-dən artıq dövləti və siyasi partiyanı özündə birləşdirir. YAP-ın, həmçinin Türkiyə, Rusiya, Kanada, Hindistan, Gürcüstan, Koreya, Pakistan, Tacikistan, Qırğızıstan, Özbəkistan, Qazaxıstan və bir sıra digər ölkələrinin hakim partiyaları ilə əməkdaşlıq əlaqələri mövcuddur. Bir çox ölkələrin siyasi partiyaları ilə ikitərəfli əlaqələrə malik olan YAP Avropa Parlamentində çoxluğa sahib olan Avropa Xalqları Partiyası ilə əməkdaşlıq edir, Asiya ölkələrinin siyasi partiyalarının təmsil olunduğu “Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransı” Daimi Komitəsinin üzvüdür. YAP-ın ən sıx əməkdaşlıq etdiyi partiyalardan biri Çin Kommunist Partiyasıdır.

Yeni Azərbaycan Partiyası həm iqtidar partiyası, həm də ölkənin həyatında aparıcı rola malik olan  partiya kimi iqtidar-müxalifət dialoquna öz töhfəsini verməkdədir. 2021-ci ilin 21 oktyabr tarixində Yeni Azərbaycan Partiyasının Mərkəzi Aparatında parlamentdə təmsil olunan müxalifət partiyaların sədrləri ilə keçirilmiş görüş bu istiqamətdə görülən işlərə bir nümunədir.

Yeni Azərbaycan Partiyasının Proqramında irəli sürülmüş əsas vəzifələr dövlət müstəqilliyinin möhkəmləndirilməsi, demokratik, hüquqi, dünyəvi dövlətin qurulması, vətəndaşların dinc və firavan həyatının təmin edilməsidir. Partiya hər zaman fəaliyyətində bu prinsipləri öndə saxlayır. Siyasi sistemin təkmilləşdirilməsində YAP-ın rolu inkaredilməzdir. Yeni Azərbaycan Partiyası böyük ənənələri olan partiyadır.