YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Qisas döyüş meydanında alındı

İlqar İlyasov

YAP Laçın rayon təşkilatının sədri

2024-cü il, 26 fevral. Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev Xocalı rayonunda Xocalı soyqırımı memorialının təməlini qoydu və rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdü. Əslində ölkə başçısı bununla da bir daha sübut etdi ki, bu illər ərzində o hər zaman Xocalı şəhidlərini düşünüb, ürəyi xocalılarla bir döyünüb.  

2020-ci ilin 10 noyabrında kapitulyasiya aktına imza atan rəsmi Ermənistan ötən müddət ərzində yenə də öz ampuluasında qalaraq götürdüyü öhdəliklərə sadiq qalmadı, onları yerinə yetirməməklə bərabər yenidən revanşist planlar qurmağa və müəyyən cəhdlər etməyə başladı. Belə olan təqdirdə Azərbaycan Ordusu ötən ilin sentyabrında 23 saatlıq antiterror tədbirləri həyata keçirərək preventiv addımlarla erməni separatizminin kökünü tamamilə məhv etdi, nəticədə separatçı xunta rejimi özünü buraxdığını elan etdi. Xocalı da daxil olmaqla separatçıların nəzarəti altında olan digər şəhərlərimiz də azad edildi, qanunsuz erməni silahlı birləşmələrindən tamamilə təmizləndi. Beləliklə, Azərbaycanın öz gücü sayəsində ərazi bütövlüyünü tam təmin etdi.

Prezidentliyinin 20 ilinin tamamında, 2023-cü ilin 15 oktyabr tarixində Xocalıda Azərbaycan Bayrağını qaldıran, Müzəffər Ali Baş Komandan bir daha qeyd etdi ki, biz Xocalısız ərazi bütövlüyümüzün, suverenliyimizin tam bərpa olunduğunu hesab edə bilməzdik. “Xocalının Azərbaycan xalqının tarixində və şüurunda o qədər böyük yeri var, bu faciə qəlbimizdə o qədər böyük yaralar salıb ki, Xocalı azad olunmadan biz sakitləşə bilməzdik”. Qalib, güclü Azərbaycan Ordusu, Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 2-ci Qarabağ müharibəsində və bir günlük antiterror tədbirlərində bütün şəhidlərimizin, günahsız qurbanlarımızın qisasını döyüş meydanında aldı.

İşğaldan azad olunmuş başqa ərazilərimiz kimi, Xocalıda da çox böyük quruculuq işləri aparılır. Yaxın aylarda Xocalı sakinləri ata-baba ocaqlarına qayıdıb məskunlaşmaya başlanacaq. Bununlada Xocalı sakinlərinin öz doğma evlərinə qayıdışı təmin ediləcək. Lakin illər, əsrlər keçsə də Xocalı hadisələri nə xocalıların nə də Azərbaycan xalqının yaddaşından silinməyəcək. Qeyd edə bilərik ki, bu gün artıq soyqırım qurbanlarının narahat ruhları şaddır, bu da həm onların ailə üzvləri, həm də xalqımız üçün böyük bir təsəllidir.