YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Birlik və bərabərliyin tarixi əhəmiyyəti

Malik Mirzəyev

YAP Lerik rayon təşkilatının sədri

Prezident İlham Əliyev yenidən Azərbaycan  Respublikasının dövlət başçısı seçildikdən sonra ilk səfərlərini qardaş Türkiyə etdi. Artıq ənənə halını alan iki qardaş ölkə Azərbaycan və Türkiyənin dövlət başçılarının prezident seçkilərindən sonra  qarşılıqlı olaraq Türkiyəyə  və Azərbaycana  səfərləri hər iki ölkənin sarsılmaz dostluq nümunəsi kimi dəyərləndirilir.

Səfər çərçivəsində keçirilən təkbətək və geniştərkibli görüşlərdə bu gün tək region deyil, dünya dövlətlərinin də maraqla izlədikləri görüşdə Prezident İlham Əliyev bir çox önəmli mesajlar səsləndirdi. Prezident İlham Əliyevin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə birgə mətbuata bəyanatında qeyd etdi ki, Türkiyə-Azərbaycan Avrasiya üçün önəmli amilə çevrilib.

Prezident İlham Əliyevin Türkiyə Respublikasına səfəri Azərbaycan-Türkiyə birliyinin, dostluğunun və sarsılmaz müttəfiqliyinin təkcə, bölgənin inkişafının deyil, eyni zamanda Cənubi Qafqazda sülhün və təhlükəsizliyin yeganə qarantı olduğunu bir daha nümayiş etdirdi. Azərbaycanla Türkiyə arasında uzun illərin sınağından çıxmış dostluq və qardaşlıq münasibətləri bir daha onu göstərir ki, iki ölkə arasındakı əlaqələr əbədidir və heç bir qüvvə Azərbaycan-Türkiyə dostluğunun, qardaşlığının qarşısını ala bilməz. Azərbaycan-Türkiyə qardaşlıq, dostluq, sıx əməkdaşlıq və strateji müttəfiqlik münasibətləri ən yüksək səviyyədə olmaqla bərabər, özünün ən qürurverici anlarını yaşayır. Azərbaycan və Türkiyə arasında əlaqələrin belə səviyyədə inkişafı təkcə bu dövlətlərin yox, həm də regionun ümumi tərəqqisinə, sabitliyin bərqərar olmasına mühüm töhfələr verir.

Ölkə başçısının da qeyd etdiyi kimi Azərbaycan Türkiyənin uğurlarına öz uğurları kimi sevinir. 2020-ci ilin noyabrında İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan 30 il düşmən işğalı altında olan torpaqlarının böyük bir hissəsini azad etdi və 44 gün ərzində Türkiyə yanımızda olub. Müharibənin ilk saatlarında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın çox qəti və dəqiq açıqlamaları bir çoxları üçün ciddi mesaj oldu və bir çoxlarını bu işə müdaxilə etməkdən kənarda saxladı. Bu, siyasi və mənəvi dəstək bizə yetərli oldu və 30 il ərzində sülh vasitəsilə həll edə bilmədiyimiz tarixi məsələmizi Azərbaycan savaş meydanında cəmi 44 gün ərzində həll etdi. Bu da bir daha sübut etdi ki, Azərbaycan tək deyil, Türkiyə Azərbaycanın yanındadır.

Türkiyə-Azərbaycan qardaşlığı və birliyi hər sahə üzrə ən yüksək səviyyədə inkişaf edir. Hər iki ölkə liderinin göstərdiyi səmimi qardaşlıq və birliyin dövlətlərimizin hər gün daha da güclənməsi və dünya ölkələri arasında liderə çevrilməsinə xidmət edəcək. İki qardaş ölkə liderlərinin hər qarşılıqlı səfəri bu birlik və bərabərliyin tarixi əhəmiyyətini bir daha göstərir.