YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Əbdülfəttah əs-Sisi: Yenidən prezident seçilməyiniz Azərbaycanın regional və beynəlxalq nüfuzunu daha da möhkəmləndirəcək

Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah əs-Sisi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

Məktubda deyilir: “Dost Azərbaycan Respublikasının Prezidenti vəzifəsinə yenidən seçilməyiniz münasibətilə Sizə ən səmimi təbriklərimi çatdırıram. Bu xəbəri böyük sevinclə qarşıladım.

İnamlı qələbəniz Azərbaycan xalqının Sizin müdrik rəhbərliyinizə göstərdiyi etimadın və dəstəyin sübutudur. Bu, həm də Azərbaycan xalqının Sizin ölkəni inkişaf və tərəqqi yoluna aparmaq bacarığınıza inamını bir daha təsdiq edir. Əminəm ki, yenidən prezident seçilməyiniz Azərbaycanın regional və beynəlxalq nüfuzunu daha da möhkəmləndirəcək.

Cənab Prezident, mən Sizinlə əməkdaşlıq və koordinasiya sayəsində qarşıdakı dövrdə Misir-Azərbaycan münasibətlərinin yüksəlişinin şahidi olacağımı səbirsizliklə gözləyirəm.”

DİGƏR Xəbərlər Arxiv