YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Böyük uğurlara imza atılacaq

Kamilə Əliyeva

Milli Məclisin deputatı, professor

Cənab İlham Əliyevin növbəti dəfə Prezident seçildikdən sonra ik rəsmi səfərini Türkiyə Cümhuriyyətinə etməsi təsadüfi deyil. Eyni dilə, mədəniyyətə, tarixə mənsub iki dövlətin dünyanın heç yerində mövcud olmayan dostluq, qardaşlıq, müttəfiqlik əlaqələri ən yüksək zirvədədir. Bu qardaşlıq qarşılıqlı mənfəət güdməyən səmimi münasibətlər üzərində qurulub. Prezident İlham Əliyev Türkiyəyə rəsmi səfəri çərçivəsində mətbuata bəyanatla çıxış etdi.

Bu gün Türkiyə tək regionda deyil dünyada böyük nüfuza, söz sahibinə, güc mərkəzinə malik bir dövlətdir. Qardaş ölkənin iqtisadiyyatının bütün sahələri, eləcə də hərbi və hərbi sənayesi sürətlə inkişaf edir. Azərbaycanla Türkiyə arasında bağlanmış strateji müttəfiqlik haqqında Bəyannaməyə əsasən iki dövlət arasında iqtisadi və hərbi sahədə əməkdaşlıq getdikcə güclənir və möhkəmlənir. İki dövlətin birgə həyata keçirdiyi iqtisadi və nəqliyyat-loqistika layihələri bölgə ilə yanaşı digər dövlətlərin iqtisadi inkişafına töhfə verir. Bakı-Tbilisi-Qars dəmir yolu vasitəsilə yükdaşımaların həcmi hər il artmaqdadır və bu da bu marşrut xəttinin digər ölkələr üçün də nə qədər önəmli olmasından xəbər verir.

Azərbaycan-Türkiyə hərbi əməkdaşlığı regionun təhlükəsizliyinə xidmət edir. Türkiyə ordusu dünyanın ən güclü ordularındandır və Azərbaycan Ordusu da tam şəkildə Türkiyə ordu modelinə əsasən formalaşdırılıb. İstər Vətən müharibəsi, istərsə də antiterror tədbirləri zamanı dünya Azərbaycan Ordusunun gücünün və peşəkarlığının şahidi oldu. Müdafiə Sənayesi sahəsində ölkələrimizin birgə əməkdaşlığı gələcəkdə bu sahədə də böyük uğurlara imza atacaq. Azərbaycan və Türkiyə arasında iqtisadi, siyasi, hərbi sahələrdə birlik bütün Türkdilli dövlətlərin də birliyinə, Türk Dövlətlər Təşkilatının gələcəkdə güclü bir təşkilata çevrilməsinə də böyük təkan verəcək.

Vətən müharibəsində Türkiyənin Azərbaycana verdiyi siyasi, mənəvi dəstək gücümüzü bir gədər də artırdı. Bu gün də iki qardaş dövlət yumruğu bir hədəfə vurur. Ölkələrimizə qarşı təxribat törətmək istəyən dövlətlərə birlikdə qətiyyətli və sərt şəkildə cavab verilir. Azərbaycanla Türkiyə bir millət iki dövlət  bir yumruq olaraq beynəlxalq aləmdə böyük uğurlara imza atacaq.

DİGƏR Xəbərlər Arxiv