YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Hər birimizin yol xəritəsi…

Azər Badamov

YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı

Prezident İlha Əliyevin andiçmə mərasimində etdiyi çıxışı proqram xarakterlkidir, başladığımız yeni dövürdə ölkəmizin inkişafının əsas vekrorlarını səsləndirməklə  dövlətin və cəmiyyətin qarşısında yeni vəzifələr müəyyənləşdirdi. Belə ki, dövlət başçımız ilk növbədə son 20 ildə keçdiyimiz çətin və uğurlu bir yol haqqqında danışdı. Dövlət başçımızın 20 illiik hakimiyyətinin əsas məqsədi ərazilərimizin erməni işğalından azad olunmasına və bütün ərazilərdə suverənliyin bərpasına hesablanmışdı. Keçən ilin sentyabrında keçirilən lokal xarakterli antiteror tədbirləri ilə dövlət başçımız xalqa verdiyi bütün vədlərinə əməl etməklə böyük bir dövrü başa çatdırmış oldu. İndi başladığımız yeni dövürdə yeni tələblər və baxışlar ortaya qoyulmalı idi. Bu yeni tələblər və vəzifələr daha güclü Azərbaycanın yaranmasına xidmət edəcəkdir.

Belə ki, dövlət başçımızın növbəti dövürdə qarşımıza qoyduğu əsas hədəfləri qısa olaraq aşağıdakı kimi sadalaya bilərik

-Silahlı Qüvvələrin daha da gücləndirilməsi, hərbi sənayesinin inkişaf etdirilməsi

-Sərhədlərimizin daha güclü qorunmaqla Azərbaycanı xarici risklərdən qoruması

-Gənc nəsilin vətənpərvərlik və milli ənənələr ruhunda tərbiyyə olunması

-Ölkədə milli birlik və həmrəyliyin daha da möhkəmlənməsində dövlət siyasətini genişləndiurməsi. Milli-mənəvi dəyərlərimizin sarsılmaz edilməsi istiqamətində siyasi kursunu davam etdirilməsi

-İşğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası işlərinin genişləndirilməsi, Böyük Qayıdışa dair Dövlət Proqramını uğurla davam etdirərək 2026-cı ilin sonuna qədər 140 min keçmiş məcburi köçkünün öz ata yurdlarına qaytarılması

-İqtisadiyatı yeni dövrün tələblərinə uyğun inkişaf etdirmək, əhalinin sosal rifahının yaxışlaşmasına dair atılan addımları davam etdirmək, şəhid ailələri və müharibə əlillərinin sosial müdafiəsini gücləndirmək, bu kateqoriyadan olan insanlara diqqət və qayğını artırmaq

-Texnoloji inkişafın sürətləndirilməsi. Bunun üçün on minlərlə müasir biliklərə yiyələnmiş mütəxəsislər yetişdirmək

-COP-29-u yüksək səviyyədə keçirmək və ölkəmizin bərpaolunan enerji sektorunu inkişaf etdirmək 

-Beynəlxalq nəqliyyat logistik imkanlarımızı genişləndirməklə Azərbaycanı bu sahədə regional mərkəzə çevirmək

-Bizim ailəmiz Türk dünyasıdır. Türk Dövlətlər Birliyinin güclənməsinə və dünya siyasətində rolunun artırılmasına töhfə verəcək addımlar atmaq

-Beynəlxalq siyasətdə ölkəmizin Zəfərimizi həzm edə biulməyənlərə qarşı adekvat cavab vermək siyasətini davam etdirmək, müstəmləkəçiliyə və neokoloniolizmə qaşı mübarzə aparan dövlətləri beynəlxalq səviyyədə dəstək vermək

-Regional əməkdaşlığın və təhlükəsilziyin möhkəmlənməsinə dair tədbirləri davam etdirmək

Dövlət başçımızın and içmə mərasimində müəyyənləşdiridiyi bu istiqamətlər yeni dövrdə hər birimizin yol xəritəsidir. Bu yeni dövürdə dövlət başçımızın rəhbərliyi altında ölkəmiz dünyada öz sözünün sahibi olan daha güclü Azərbaycan kimi özünü təsdiq edəcəyinə heç kim şübhə edə bilməz.