YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Birinci vitse-prezident Mehriban Əliyeva akademik Arif Paşayevin yubileyi ilə əlaqədar paylaşım edib

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Azərbaycan elmi elitasının sayılıb-seçilən nümayəndələrindən biri olan akademik Arif Paşayevin doğum günü ilə əlaqədar rəsmi instaqram səhifəsində paylaşım edib.

Paylaşımı təqdim edirik.

“Gözəl ata, qayğıkeş baba, nurlu, mehriban İnsan! 90 illik yubileyin mübarək! Sənə möhkəm cansağlığı və gözəl əhvali-ruhiyyə arzulayıram! Uca Tanrı səni bütün qada-balalardan hifz etsin! Səni çox sevirik! Ömrün uzun olsun! Allah bütün valideynləri qorusun!”