YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Zəfər seçkiləri dünya azərbaycanlıları üçün əsl bayramdır

Prezident seçkiləri ilə əlaqədar dünyanın 37 ölkəsində 49 seçki məntəqəsi yaradılıb. Onlardan ikisi Gürcüstan ərazisindədir. 16 saylı Yasamal ikinci seçki dairəsi üzrə 47 saylı məntəqə seçki komissiyası ölkəmizin Tbilisidəki səfirliyində yaradılıb. 16 saylı Yasamal ikinci seçki dairəsi üzrə 57 saylı məntəqə seçki komissiyası isə Batumidə yaradılıb.

Fevralın 7-də səhər saat 8:00-da məntəqələr açılıb və səsvermə başlayıb. Səsvermə Tbilisi vaxtı ilə saat 19:00-da başa çatacaq.

Ölkəmizin Koreya Respublikasındakı səfirliyində yaradılan seçki məntəqəsində səsvermə başa çatıb. Yerli vaxtla səhər saat 8:00-da (Bakı vaxtı ilə 03:00) başlayan səsvermə saat 19:00-da (Bakı vaxtı 14:00) yekunlaşıb.

Azərbaycanın Böyük Britaniyadakı səfirliyində yaradılan 42 saylı seçki məntəqəsində səsvermə prosesi davam edir. Yerli vaxtla saat 8:00-da (Bakı vaxtı ilə saat 12:00) başlayan səsvermədə yaşı 18-ə çatmış vətəndaşlarımız Azərbaycan Respublikasının etibarlı pasportu və ya şəxsiyyət vəsiqəsi təqdim etməklə iştirak edirlər.

Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində yaradılmış seçki məntəqəsində fevralın 7-də yerli vaxtla səhər saat 08:00-da səsvermə prosesinə start verilib.

Azərbaycanın Dubaydakı baş konsulluğunda fəaliyyət göstərən 16 saylı Yasamal ikinci seçki dairəsinin 56 saylı məntəqə seçki komissiyası konsulluğun qeydiyyatında olan vətəndaşlarımızın prezident seçkiləri ilə əlaqədar maarifləndirilməsi üçün bütün zəruri işləri görüb, diplomatik nümayəndəliyin rəsmi saytında və sosial şəbəkə hesablarında müvafiq paylaşımlar edilib, habelə Dubayda səfərdə olan vətəndaşlarımızın da səsvermədə iştirakı üçün müvafiq şərait yaradılıb.

İranın Təbriz şəhərində fəaliyyət göstərən məntəqə seçki komissiyasında da Azərbaycan vətəndaşlarının öz konstitusion hüquqlarından istifadə etməsi üçün bütün zəruri tədbirlər görülüb. Fevralın 7-də yerli vaxtla səhər saat 08:00-da açılan seçki məntəqəsində Təbrizdə yaşayan və ya müvəqqəti ezamiyyətdə olan vətəndaşlarımızın fəallığı qeydə alınıb.