Xəbərlər
Prezident seçkiləri: Saat 15:00-a olan məlumata görə, seçicilərin 60 faizdən çoxu səs verib
![](http://yap.az/thumb.php?src=http://yap.az/upload/images/f6664208fde907d58509a888193a3449.jpg&w=360)
Mərkəzi Seçki Komissiyası Katibliyinin Seçkilər İnformasiya Mərkəzinin müdiri Fərid Orucov Azərbaycan Respublikası Prezidentinin seçkiləri ilə əlaqədar səsvermənin gedişinə dair seçki fəallığı ilə bağlı növbəti məlumatı açıqlayıb.
Fərid Orucov saat 15:00-a olan məlumata görə, seçicilərin 60,54 faizinin (3 milyon 922 min 187 nəfər) səs verdiyini bildirib.