YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

“Seçimimiz qalib xalqın qalib Lideri İlham Əliyevdir”

 Şabran rayonunda seçicilərlə görüş keçirilib

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində fevralın 5-də Şabran şəhərində şəhid ailələrinin üzvləri, müharibə veteranları və iştirakçıları ilə görüş keçirilib.

Görüşdə YAP Şabran rayon təşkilatının sədri Mehdi Balabəyov, partiyanın Təftiş Komissiyasının üzvü, Milli Məclisin komitə sədri Sadiq Qurbanov, təşviqat qrupunun üzvləri Bəsti Məmmədova, Namiq Cümşüdov, şəhid ataları İlqar Rəsulov və Akif Səmədov, şəhid anaları Besxanım Balağayeva və  Zərnişan Həsənova çıxış ediblər.

Natiqlər seçiciləri 7 fevral prezident seçkilərində fəal iştirak etməyə və qalib xalqın qalib Lideri olan Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevə səs verməyə çağırıblar.

Seçicilər isə artıq öz seçimlərini etdiklərini və 7 fevral seçkilərində ən layiqli namizəd olan cənab İlham Əliyevə səs verəcəklərini bəyan ediblər.