YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Xalqa Zəfər sevinci yaşadan qalib Liderə səs verək

Samux rayonunda ilk dəfə səs verəcək gənclərlə görüş keçirilib

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində fevralın 5-də Samux rayonunda ilk dəfə səs verəcək gənc seçicilərlə görüş keçirilib.

Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda canlarından keçən qəhrəman oğulların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Görüşdə YAP Samux rayon təşkilatının sədri Gündüz Bayramov, təşviqat qrupunun üzvləri Nuranə Həsənova, Fidayıl Əliyev, Rəhim Məmmədov və Ələsgər Əliyev çıxış ediblər.

Çıxışlarda qeyd olunub ki, son 20 ildə Azərbaycan böyük inkişaf yolu keçib, ölkəmizin qarşısında yeni perspektivlər açılıb. Cənab İlham Əliyev xalqa verdiyi bütün vədləri yerinə  yetirib, hər bir azərbaycanlının Prezidenti olduğunu təsdiqləyib. Ən böyük nailiyyət və möhtəşəm Zəfər isə ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin tam bərpa olunmasıdır. Bildirilib ki, bu seçkilər müstəqil Azərbaycan tarixində ilk dəfə respublikamızın bütün ərazilərində keçiriləcək.

Çıxışlarda seçicilərə 7 fevral prezident seçkilərində fəal iştirak edərək uğurlarımızın davamına, yəni YAP-ın namizədi cənab İlham Əliyevə səs verməyə çağırış edilib.

Seçicilər son 20 ilin tarixi uğurlarına əsaslanaraq cənab İlham Əliyevə səs verəcəklərini diqqətə çatdırıblar.

Tədbir Yeni Azərbaycan Partiyasının Himninin səsləndirilməsi ilə başa çatıb.