YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Dövlətimizin daha da güclənməsi naminə

2024-cü ilin fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyasının namizədliyini irəli sürdüyü İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində fevralın 5-də Masallı rayonunun Qodman, Qəriblər, Dəmbəlov, İsi, Birinci Yeddioymaq, İkinci Yeddioymaq və Qasımlı kəndlərinin seçiciləri ilə görüş keçirilib.

Görüşlərdə YAP Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev, təşkilatın sədr müavini İlkin Əzizov, təşviqat qrupunun üzvləri Eldar Kazımov, Rövşən Muxtarov, Cəlal Əliyev, Zamin Məmmədov, İntiqam Hüseynov, Ramiz Nuriyev, Məhbubə Şahbazova, Bəybala Əliyev, Kəmalə İmaməliyeva, İldırım Allahyarov, Akif Qarayev, Ramiz Şamıyev çıxış ediblər.

Qeyd olunub ki, son 20 il ərzində dövlətimiz böyük və şərəfli yol keçib. Prezident İlham Əliyevin yürütdüyü uğurlu daxili və xarici siyasət nəticəsində ölkəmizin hərtərəfli dinamik inkişafı təmin edilib. 

Natiqlər seçiciləri dövlətimizin daha da güclənməsi naminə cənab İlham Əliyevə səs verməyə çağırıblar.

Görüşlərdə çıxış edən seçicilər Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevin növbəti dəfə əzəmətli qələbə qazanacağına inandıqlarını bildiriblər.