YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Yeni qələbələrə doğru

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində fevralın 5-də Suraxanı rayonunun Qaraçuxur qəsəbəsində yaşayan seçicilərlə görüş keçirilib.

Görüşdə YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov, Milli Məclisin deputatı Sevinc Fətəliyeva, şəhid atası Mürvət Əsgərov, şəhid anası Saray Quliyeva və təşviqat qrupunun üzvü Ağalar Bayramov çıxış ediblər.

Çıxışlarda qeyd olunub ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun qazandığı şanlı Qələbə nəticəsində üçrəngli bayrağımız bu gün uzun illər düşmən tapdağı altında qalan torpaqlarımızda dalğalanır. Ölkəmizin yeni qələbələrə və uğurlara imza atması üçün natiqlər seçiciləri seçki günündə fəal olmağa və cənab İlham Əliyevə səs verməyə çağırıblar.

Qeyd edək ki, təşviqat kampaniyası çərçivəsində Suraxanı rayonunun müxtəlif ərazilərində seçicilərlə fərdi görüşlər də keçirilib.