Xəbərlər
Xoşbəxt gələcəyimizin təminatçısı
![](http://yap.az/thumb.php?src=http://yap.az/upload/images/95c839204ada4a8d9f06dcecc006c283.jpeg&w=360)
Pirallahıdan olan seçicilərlə görüş keçirilib
2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində fevralın 4-də Pirallahı rayonunda seçicilərlə fərdi görüşlər keçirilib.
Natiqlər seçiciləri 7 fevral tarixində seçki məntəqələrinə gedərək qalib xalqın qalib Lideri cənab İlham Əliyevə səs verməyə dəvət ediblər.
Seçicilər “sözünə sadiq Liderimizə - İlham Əliyevə səs verəcəyik” ,- deyə vurğulayıblar.