YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Seçicilər Azərbaycanın xoşbəxt gələcəyinə səs verəcək

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində fevralın 1-də Neftçala rayonunun Qaçaqkənd və Qazaxbərəsi kəndləri, eləcə də “Heydər Əliyev prospekti” ünvanında yaşayan seçicilər ilə görüşlər keçirilib.

Görüşlərdə YAP Neftçala rayon təşkilatının sədri Ülvi Fərzəliyev, təşviqat qrupunun üzvləri Ruhəngiz Nəcəfova, Arif Bağırov, Könül Məmmədova və şəhid atası Baloğlan Ağamalıyev çıxış ediblər.

Çıxışlarda qeyd olunub ki, XXI əsr müasir Azərbaycanın inkişafı birbaşa Prezident İlham Əliyevin adı ilə bağlıdır. Ötən 20 il ərzində bütün sahələrdə misilsiz inkişafa nail olunub. Siyasi sabitlik möhkəmləndirilib, ölkəmizin iqtisadi imkanları və beynəlxalq nüfuzu xeyli yüksəlib. Ən əsası isə Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ərazi bütövlüyümüz və suverenliyimiz tam bərpa olunub.

Əldə olunan nailiyyətlər bir daha əminlik yaradır ki, Azərbaycan cənab İlham Əliyevin rəhbərliyi ilə yeni möhtəşəm uğurlar qazanacaq, strateji hədəflər reallığa çevriləcək.

Natiqlər seçiciləri 7 fevral prezident seçkilərində fəal iştirak etməyə və cənab İlham Əliyevə səs verməyə çağırıblar.

DİGƏR Xəbərlər Arxiv