YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan Qazaxıstandan 10 yeni lokomotiv alacaq

Azərbaycan Qazaxıstandan 10 yeni lokomotiv alacaq. Tam yeni olan bu lokomotivlər ən müasir texnologiya və avadanlıqla təchiz edilib.

Bu barədə “Şixezi-Dostık-Aktau-Ələt” marşrutu üzrə hərəkət edən “Nomand ekspress” ilk sınaq konteyner qatarının Bakı Beynəlxalq Dəniz Ticarət Limanına çatması münasibətilə keçirilən mərasimdəki çıxışında “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov məlumat verib. O bildirib ki, lokomotivlərin alınması ilə bağlı “Azərbaycan Dəmir Yolları” QSC ilə “Qazaxıstan Dəmir Yolu” SC arasında müqavilə imzalanacaq.