YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Müstəqil və güclü Azərbaycan naminə qalib Liderə səs verək!

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 28-də Gədəbəy rayonunun İnəkboğan, Parakənd və Kiçik Qaramurad kəndlərində seçicilərlə görüş keçirilib.

Əvvəlcə Azərbaycanın Dövlət Himni səsləndirilib.

Görüşlərdə YAP Gədəbəy rayon təşkilatının sədri Rüstəm Nağıyev, YAP Təftiş Komissiyasının sədri, Milli Məclisin deputatı Sevinc Hüseynova, təşviqat qrupunun üzvləri Zaur Mehdiyev, Pərviz Bayramov, Günay Xudaverdiyeva, Elxan İsmayılov, şəhid atası Qərib Allahverdiyev, şəhid anası Tamilə Məşədiyeva, Vətən müharibəsi iştirakçıları Anar Mehdiyev və Asim Həsənov və digərləri çıxış ediblər.

Diqqətə çatdırılıb ki, 7 fevral seçkiləri müstəqillik dövründə ilk dəfə olaraq Azərbaycanın bütün ərazisində keçiriləcək. Ona görə də bu seçkini cəmiyyət birmənalı olaraq Qələbə, Zəfər seçkisi kimi qəbul edir.

Görüşlərdə çıxış edən seçicilər fevarlın 7-də seçki məntəqələrinə gedərək Azərbaycana qalib dövlət statusu qazandıran, ölkəni daim inkişaf və tərəqqi yolu ilə irəli aparan cənab İlham Əliyevəə səs verəcəklərini bildiriblər.

Sonda Yeni Azərbaycan Partiyasının Himninin səsləndirilib.