YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

“İlham Əliyevin rəhbərliyi ilə yeni zirvələr fəth edəcəyik!”

Füzuli rayonunda seçicilərlə görüş keçirilib

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 28-də Füzuli rayonunda seçicilərlə görüş keçirilib.

Əvvəlcə Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.  

Görüşdə YAP Füzuli rayon təşkilatının sədri Nazimə Şamıyeva, təşviqat qrupunun üzvləri Almaz Həşimova, Namiq Məmmədov çıxış ediblər.  Çıxışlarda qeyd edilib ki, xalqımız hər bir azərbaycanlının Prezidenti olan, milli maraqlara əsaslanan çoxşaxəli fəaliyyəti nəticəsində söz ilə əməlin vəhdətini yaratmış Liderə - dövlət başçısı İlham Əliyevə tam güvənir. Diqqətə çatdırılıb ki, Azərbaycan bundan sonra da Prezident, Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi ilə böyük nailiyyətlər qazanaraq tarix yazacaq.

Seçicilər çıxış edərək, tarixi nailiyyətlər qazanaraq möhtəşəm zirvələr fəth edən Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevi dəstəklədiklərini bildiriblər.

Görüş Yeni Azərbaycan Partiyasının Himninin səsləndirilməsi ilə sona çatıb.

Qeyd edək ki, YAP Füzuli rayon təşkilatının sədri Nazimə Şamıyeva şəhid İlham  Abbasovun və Elvin  Nadirlinin ailəsini ziyarət edib, həmçinin məhəllə görüşləri keçirilib.