YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Daşkəsənli seçicilər qalib Liderə səs verəcəklər

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 28-də Daşkəsən rayonunun Zinzahal və Yolqullar kəndlərində seçicilərlə görüş keçirilib.

Görüşlərdə təşviqat qrupunun üzvü Elşən Alıyev və başqaları çıxış ediblər. Natiqlər Prezident İlham Əliyevin rəhbərliyi ilə ötən 20 ildə qazanılan nailiyyətlərdən bəhs edib, seçiciləri qarşıdan gələn prezident seçkilərində fəal iştirak etməyə çağırıblar.

 Seçicilər isə fevralın 7-də xalqımızın əvəzolunmaz Lideri İlham Əliyevə səs verəcəklərini bildiriblər.