YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Qalib Liderlə yeni zəfərlərə doğru!

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 27-də YAP Gəncə şəhər təşkilatının qərargahında Gəncə şəhərində məskunlaşmış Kəlbəcər rayonunun şəhid və qazi ailələri, ziyalılar və ağsaqqalları ilə görüşlər keçirilib.

Görüşlər Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Ümummilli Lider Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra Prezident İlham Əliyevin 20 illik fəaliyyətinə həsr edilmiş videoçarx nümayiş olunub.

Görüşdə YAP Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov, Milli Məclisin deputatı Aqil Məmmədov, təbliğat-təşviqat qrupunun üzvləri Məhiyyədin Abdurəhmanov, Əli Bağırov, Həsən Məmmədov, Əhliman Qarayev, Lamiyə Murtuzayeva, Rəna Nadirova, Qnyaz Abdullayev, Bahadur Sadıqov, şəhid ailələrinin üzvləri  Səliyəddin Bəylərov, Hidayyət Şəfiyev, şəhid bacısı Aytac Heydərova, Vətən müharibəsi qazisi Şəhriyar Hüseyinov, Hüseyinov Elvin və digərləri çıxış ediblər. Çıxışlarda bildirilib ki, şəhid ailələrinə və Qarabağ müharibəsi əlillərinə yüksək dövlət qayğısı daim hiss olunmaqdadır.

Vurğulanıb ki, qazi və şəhid ailələrinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması Prrezident İlham Əliyev tərəfindən həyata keçirilən dövlət siyasətinin prioritetlərindən biridir. Bu kateqoriyadan olan insanlar üçün müasir tələblərə cavab verən fərdi və çoxmənzilli yaşayış binalarının tikilib istifadəyə verilməsi bunun əyani təsdiqidir.

Natiqlər bütün Kəlbəcər seçicilərini həmişə olduğu kimi 7 fevralda   keçiriləcək prezident seçkilərində də Azərbaycan xalqının və dövlətinin milli maraqlarını müdafiə edərək, respublikamızın ərazi bütövlüyünü bərpa edən qalib Lider İlham Əliyevə səs verməyə dəvət ediblər.

Tədbir Yeni Azərbaycan Partiyasının Himninin səsləndirilməsi ilə başa çatıb.