YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Qalib Liderlə yeni hədəflər uğrunda!

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 27-də Bərdə rayon Mədəniyyət Mərkəzində seçicilərlə növbəti görüş keçirilib.

Əvvəlcə, Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərimizin əziz  xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Görüşdə YAP Bərdə rayon təşkilatının sədri Faqət Şadlinskaya, YAP İdarə Heyətinin üzvü Asif Əsgərli, Milli Məclisin deputatı Fatma Yıldırım, təbliğat qrupunun üzvləri Qasım Hacıyev, şəhid Fəxri Qəribzadənin anası Mehparə Qəribova, Birinci Qarabağ müharibəsi iştirakçısı Gəray Əsədov, Aqşin Hacızadə və başqaları çıxış ediblər. Qeyd olunub ki, Yeni Azərbaycan Partiyası bu seçkilərə “Qalib xalqın qalib Lideri!” şüarı ilə gedir. Çıxışlarda Ümummilli Lider Heydər Əliyev tərəfindən əsası qoyulan və bu gün Prezident, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən siyasətin uğurlarından geniş bəhs edilib. Bildirilib ki, 1993-cü ildən bəri Azərbaycan böyük inkişaf yolu keçib, ölkəmizin qarşısında yeni perspektivlər açılıb. Bütün sahələr – siyasi, sosial-iqtisadi, humanitar, mədəniyyət sahələrində ciddi nailiyyətlər qazanılıb.

Bütün çıxışlarda müstəqil Azərbaycan tarixində ilk dəfə respublikamızın bütün ərazilərində seçkilərin keçiriləcəyi diqqətə çatdırılıb. Ona görə də qarşıdan gələn prezident seçkiləri haqlı olaraq cəmiyyətimiz tərəfindən Zəfər seçkisi kimi dəyərləndirilir.

Natiqlər seçiciləri prezident seçkilərində fəal iştirak etməyə və qalib Lider İlham Əliyevə səs verməyə çağırıblar.

Seçicilər də fevralın 7-də seçki məntəqələrinə gedərək qalib Liderə səs verəcəklərini bildiriblər. 

Görüş Yeni Azərbaycan Partiyasının Himninin səsləndirilməsi ilə yekunlaşıb.

Qeyd edək ki, rayonun Xanərəb və Şərəfli kəndinin seçicilərilə, o cümlədən fərdi  görüşlər keçirilib.