YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Gürcüstan hökuməti SOCAR-ın bu ölkədəki fəaliyyətindən razıdır

Gürcüstanda səfərdə olan Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev qonşu ölkənin Baş naziri İrakli Qaribaşvili ilə görüşüb.

Gürcüstan Hökuməti Administrasiyasının mətbuat xidmətinin yaydığı məlumata görə, görüşdə Azərbaycan ilə Gürcüstan arasında iqtisadi əlaqələr, sərmayə qoyuluşu, birgə layihələrin hazırlanması və enerji məsələləri müzakirə olunub.

İrakli Qaribaşvili SOCAR-ın Gürcüstandakı fəaliyyətinin, xüsusilə də investisiya yatırımlarının hökumət tərəfindən yüksək qiymətləndirildiyini qeyd edib.