YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

“Seçimimiz bəllidir”

Kəlbəcər seçiciləri cənab İlham Əliyevə səs verəcəklər

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 26-da Bakı şəhərinin Binəqədi rayonu,  Xəzər rayonunun Mərdəkan və Binə qəsəbələrində, həmçinin Sabunçu rayonunun Kürdaxanı qəsəbəsində məskunlaşmış kəlbəcərli seçicilərlə görüşlər keçirilib.

Görüşlər Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Ümummilli Lider Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra Prezident İlham Əliyevin 20 illik fəaliyyətinə həsr edilmiş videoçarx nümayiş olunub.

Görüşlərdə YAP Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov, təşviqat qrupunun üzvləri Mayıl Adilov, Bəxtiyar Zamanov və digərləri çıxış ediblər. Natiqlər cənab İlham Əliyevin 20 illik fəaliyyəti dövründə ölkənin hər bir sahədə inkişafını, xalqımızın zəfərli günlərini vurğulayaraq seçiciləri qalib Liderə səs verməyə çağırıblar.

Sonda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib.