YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Milli Məclisin sədri Oqtay Əsədov Gürcüstanda səfərdədir

Milli Məclisin sədri Oqtay Əsədov Tbilisidə keçiriləcək 13-cü Avropa Gənclər Olimpiya Festivalının açılış mərasimində iştirak etmək üçün iyulun 26-da Gürcüstanın paytaxtına səfərə gəlib.

Hava limanında Oqtay Əsədovu Gürcüstan parlamenti sədrinin birinci müavini Manana Kobaxidze, Azərbaycan səfirliyinin əməkdaşları və digər rəsmi şəxslər qarşılayıblar.

Səfər çərçivəsində Oqtay Əsədovun Gürcüstanın rəsmi şəxsləri, tədbirdə iştirak edən bir sıra ölkələrin nümayəndə heyətlərinin başçıları ilə görüşləri gözlənilir.