YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Yeni dövrün yeni hədəfləri

Samux rayonunda seçicilərlə görüş keçirilib

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 24-də Samux rayonunda seçicilərlə görüş keçirilib.

Görüşdə YAP Samux rayon təşkilatının sədri Gündüz Bayramov, YAP Təftiş komissiyasının üzvü, Milli Məclisin deputatı Naqif Həmzəyev, İkinci Qarabağ müharibəsi qazisi Səbuhi Namazov, təşviqat qrupunun üzvləri Gəray Bayramov, Mehman Əliyev, Tahir Bağırov, Fidayıl Əliyev, Nuranə Həsənova, İlahə Qurbanova və digərləri çıxış ediblər.

Çıxışlarda Prezident İlham Əliyevin son 20 ildə Azərbaycan xalqı və dövlət qarşısında gördüyü misilsiz işlərdən bəhs olunub. Bildirilib ki, ərazi bütövlüyünü və suverenliyini bərpa etmiş Azərbaycan bu gün regionda yeni reallıqlar yaradıb. Cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz yeni dönəmə qədəm qoyub, yeni hədəflərə isə yalnız qalib Liderlə nail olmaq mümkündür.

Seçicilər fevralın 7-də seçki məntəqələrinə gedərək xalqımıza Zəfər sevinci yaşadan Müzəffər Ali Baş Komandan İlham Əliyevə səs verəcəklərini bildiriblər.

Tədbirin sonunda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib.

Qeyd edək ki, həmin gün seçicilərlə fərdi görüşlər də keçirilib.

DİGƏR Xəbərlər Arxiv